Şamaxıda «PROAKT-QAYĞI» layihəsi kursu keçirildi

19.03.2021

Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının əməkdaşları Marmara Universitetinin ailə təbabəti kaferdrasının professoru Mehmet Akman ilə birlikdə 15 fevral-19 mart 2021-ci il tarixində Şamaxıda ÜST tərəfindən həyata keçirilən «PROAKT-QAYĞI» layihəsinin bir hissəsi olan «PROAKT-QAYĞI TƏLİM PROQRAMI: İlkin səhiyyədə xronik xəstəliklərin idarə olunması» kursunda təlimçi qismində iştirak etmişlər. Layihə ilkin səhiyyə sisteminin gücləndirilməsi və həmin sistemin Azərbaycan üçün uyğun variantının yaradılmasını planlaşdırır. Bu kursun əsas məqdəsi «Kardiometabolik riskin qiymətləndirilməsi və hipertenziyanın idarə olunması» ilə əlaqəli bilik və bacarıqları inkişaf etdirmək, ağırlaşmaların riskini azaltmaq və arterial təzyiqə nəzarətin yaxşılaşdırılması üçün lazım olan bacarıqları formalaşdırmaqdan ibarət olmuşdur.
Kurs Azərbaycanda ilkin səhiyyə işçiləri üçün təşkil olunmuşdu. Kursda müxtəlif mövzularda təqdimatlarla yanaşı ilkin səhiyyə işçiləri və qurumlar arasında qarşılıqlı əlaqə və ünsiyyəti artırmaq məqsədilə qarışıq qruplarda təlimlər də aparılmışdır.Təlimçilər Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının əməkdaşları dosent Natəvan İsmayılova, dosent Nərgiz Hüseynova və assistent Ağabacı Musayeva olmuşlar.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX