Tezis ADHTİ - 85

04.11.2020

Hörmətli əməkdaşlar!
Müəlliflərin nəzərinə!


Ə.Əliyev adına ADHTİ-nin 85 illiyinə həsr olunmuş məcmuənin dərc olunması ilə əlaqədar olaraq tezislər qəbul olunur. Tezislər azərbaycan, rus və ingilis dillərində qəbul edilir. Hər bir tezis Microsoft World formatında bir nüsxədə çap olunmuş (bu nüsxədə kafedra müdirinin dərkanarı vacibdir) və CD variantlarında təqdim olunmalıdır. Bütün dillərdə Times New Roman şriftindən istifadə edilməlidir. Tezis A4 ölçülü kağızda çap olunur, şriftin ölçüsü 12 pt, sətirarası məsafə 1,5 interval olmalıdır. Tezislərin həcmi 1 səhifə olmalıdır. Hər bir tezis aşağıdakı bölmələrdən ibarət olmalıdır:

- aktuallıq;
- məqsəd və metodlar;
- alınan nəticələr;
- yenilik;
- yekun.

Tezis elmi hissəyə bu qaydada göndərilməlidir:
Tezisin adı, müəlliflər (4 nəfərdən çox olmamaq şərti ilə), institutun, kafedranın adı.

ELMİ HİSSƏ




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX