Ə.Əliyev adına ADHTİ onlayn ixtisasartırma və xüsusi təlim kursları ilə fəaliyyətini fasiləsiz və tam həcmdə davam etdirir 21.09.2020
Müasir dövrdə səhiyyənin yüksək səviyyəli mütəxəssislərə olan ehtiyacı tibb və əczaçılıq işçilərinin peşə bilik və bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini diktə edilir. Ona görə də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə böyük önəm verilir. Praktiki tibbi fəaliyyətlə məşğul olan həkim institut tərəfindən həyata keçirilən ixtisasartırma kurslarında iştirak etməklə və (və ya) toplama sistemi adı altında birləşdirilən digər davamlı tibbi təhsil fəaliyyətləri vasitəsilə öz davamlı tibbi təhsilini həyata keçirə bilir. Davamlı tibb təhsili sisteminin uğurla fəaliyyət göstərməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və cənab Nazir Oqtay Şirəliyevin birbaşa dəstəyi ilə həyata keçirilən tibbi kadrların hazırlanmasına yanaşma sisteminin dəyişməsinin nəticəsidir.
Bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. İnstitutda tədris prosesində tədris proqramlarının yeniləşdirilib bu konsepsiyanın standartlarına uyğunlaşdırılması istiqamətində daim işlər aparılır. Tərtib olunan təqvim planlarına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilməklə yanaşı ixtisaslar üzrə təhsil proqramlarının-modulların yenilənməsi, müxtəlif aktual mövzularda tematik modulların işlənib hazırlanması və keçirilməsi, müəllimlər tərəfindən yeni şəraitdə yeni mövzuları məzmun və artmış tədris həcmi baxımından tədris materiallarının hazırlanması, kursların müddətinin qısaldılması, tədrisin praktikyönümlüyünün gücləndirilməsi, tədris materiallarının müasirləşdirilməsi (BMJ və digər internet tibbi resurslarından istifadə etməklə), simulyasion mərkəzin yaradılması, yeni klinik bazaların əldə edillməsi həyata keçirilmişdir.
Eyni zamanda peşə hazırlığı kurslarının DTT prinsiplərinə uyğunlaşdırrılması, müdavim qəbulu zamanı artmış axının idarə olunması (qəbul prosesinin sadələşdirilməsi və tezləşdirilməsi, paralel tədrisin təşkili), şəhadətnamələrin elektron çapının təşkili, kursların qiymətləndirilməsinin tətbiqi, bütün azsaylı kontingentə aid həkimlərin DTT çərçivəsində hazırlığının təşkil olunması (kafedralarda yeni kursların açılması (şüa terapiyası, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi), səyyari kursların coğrafiyasının genişləndirilməsi (ezamiyyə xərclərinin azaldılması ilə nəticələnmişdir) də baş tutmuşdur.
Bunlarla yanaşı institut əməkdaşlarının hazırlanması və təkmilləşməsi məqsədilə xüsusi yaradılmış pedaqoqika, psixologiya və ingilis dili kurslaının təşkili də öz bəhrəsini verməyə başlamışdır. Artıq bir çox kafedraların əməkdaşları həmin kursları keçmişlər.
Təhsil proqramlarının mənimsənməsi müxtəlif yeni texnologiyalar vasitələrinin geniş istifadəsi ilə həyata keçirilir. Distant təhsil də davamlı tibbi təhsilin bir növüdür. Son illərdə institutumuzun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir. DTT-nin tətbiqi ilə əlaqədar təkmilləşdirmə kurslarına olan təlabat artmış və bu xüsusən bölgələrdə çalışan həkimlər üçün məsafədən təhsili günün aktual məsələsi etmişdir. Bunları nəzərə alaraq institutun illik təqvim planında çoxsaylı səyyar/distant kurslar planlaşdırılmışdır. Beləki, çox saylı həkim kontingenti olan 6 ixtisas (terapiya, pediatriya, şüa diaqnostikası, mamalıq və ginekologiya, stomatologiya, anesteziologiya və reanimatologiya) üzrə Respublika ərazisi 10 zonaya bölünməklə səyyar/distant kurslar elə planlaşdırılmışdır ki, artıq bölgələrdən bu ixtisaslı həkimlərin Bakıya, instituta gəlmələrinə ehtiyac qalmamışdır. Həmin ixtisaslar üzrə institutun nəzdində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda çalışan eyni ixtisaslı həkimlər üçün təşkil olunan təkmilləşmə kursları paralel olaraq bütün Respublika ərazisinə onlayn translyasiya etdirilmişdir. Təkcə 2019/2020-ci tədris ilində qeyd olunan ixtisaslar üzrə 7000-ə yaxın bölgə həkimi bu tip distant kurslardan yararlanmışdır.
Son aylar dünyada COVID 19 pandemiyası ilə əlaqədar baş verən olaylar bir daha göstərdi ki,distant təhsilin ölkəmizdə də inkişaf etməsi günün tələbidir və Ə.Əliyev adına ADHTİ-da bu işlərin bir neçə ildir ki, artıq tətbiq olunması tibb təhsili sahəsində Səhiyyə Nazirliyinin uzaqgörən, düşünülmüş siyasətini əks etdirir.
Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Bu zaman o həm distant ixtisasartırma kurslarında iştirak edə bilər, həm də sərbəst surətdə institutda yaradılmış distant tədris portalına daxil olub distant mühazirələrlə işləyə bilər. Həmin portalda davamlı tibbi tədris fayllarının sayı 808-ə çatdırılmışdır (12120 səhifə, o çümlədən 12120 test tapşrığı). Portala daxil olub baxanların sayı-9108, E-mail təsdiqlənənlərin sayı -5471, profayl dolduranların sayı-3814, testə daxil olanların sayı -1709 nəfər olmuşdur. Bununla yanaşı son dövrdə distant tədrisin daha da genişləndirilməsi və daha çox həkim-mütəxəssislərin bu təhsildən yararlanmasına nail olunması üçün institutda mühazirə dərslərinin video arxivi yaradılmış və olan təlabatı nəzərə alaraq bu iş daha da sürətləndirilmişdir.
Pandemiya dövründə əyani beynəlxalq əlaqələrin çətinləşdiyi bir vaxtda Ə.Əliyev adına ADHTİ ilə Avstriya Həkimlər Akademiyası arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi həkimlərimizin təkmilləşdirilməsi təhsilini beynəlxalq səviyyəyə çıxaracaqdır. Həmin əməkdaşlığa əsasən Azərbaycan həkimləri indiki şəraitdə Avstriyanın tanınmış tibb mütəxəssislərinın iştirakı ilə həm onlayn təlim, sonra isə onların təlabat duyulan ixtisas və mövzular üzrə Azərbaycana səfər etməklə əyani olaraq müxtəlif seminar və kurslar vasitəsilə ixtisasartırma imkanlarına malik olacaqlar. İnstitut professor-müəllim heyətinin və rezidentlərin Avstriyanın qabaqcıl klinikalarında uzunmüddətli stajkeçmə proqramlarında iştirakı reallaşmışdır.
COVID 19 pandemiyası ilə əlaqədar hal-hazırki karantin dövründə tədris prosesində boşluq əmələ gəlməməsi üçün ixtisasartırma kurslarının onlayn tədrisi daha da təkmilləşdirilmiş, genişləndirilmiş və bütün kafedraları əhatə etmişdir. Dərslərin aparılmasında Zoom telekonfrans tətbiqindən istifadə olunur. Kursların sonunda həmişəki qaydada institutun rəsmi saytından şəhadətnamələrin alınması mümkündür. Onlayn kursların coğrafiyası Respublikamızın bütün bölgələrini əhatə edir. Kursların davam etdirilməsi nəticəsində həkimlərin sertifikasiya prosesinın də fasiləsizliyi mümkün olmuşdur.
2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə yenə də böyük önəm verilmişdir.Hal-hazırda onlayn kursların davam etdirilməsi ilə yanaşı 10 nəfətə qədər müdavimləri olan kursların əyani keçirilməsi də planlaşdırılır.
Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Bu istiqamətdə işlər davam etdirilir, əhalinin qorunması istiqamətində dövlətimiz tərəfindən aparılan tədbirlər paketi get-gedə genişlənir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da bu tədbirlərin həyata keçməsi üçün bir çox işlər aparılır. İnstitutun mikrobiologiya və epidemiologiya, yoluxucu xəstəliklər, anesteziologiya və reanimatologiya, terapiya, gigiyena kafedraları bu müddət ərzində yeni koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər və biotəhlükəsizlik mövzularında təlim-treniqlər təşkil etmişlər. Təlimlər fasiləsiz, bayram və istirahət günləri də daxil olmaqla, gün ərzində azsaylı qruplarda keçirilmişdir. Həmin treninqlərə Respublikamızın bir çox klinikaları, xəstəxana və poliklinikaları, Daxili İşlər Nazirliyi (o cümlədən Daxili Qoşunlar), Ədliyyə Nazirliyi, Mərkəzi Gömrük Hospitalı, Hava Nəqliyyatı Tibbi Sanitar İdarəsində çalışan 2000 nəfərdən çox həkim-mütəxəssis, tibb bacıları cəlb olunmuş və bu iş indi də davam etdirilir. Eyni zamanda əməkdaşlar Guba, Qobustan, Ağdaş, Şəki və Balakən rayonlarında təşkil olunmuş səyyari təlim kurslarında təlimçi kimi də iştirak etmişlər. Həmçinin anesteziologiya və reanimatologiya kafedrası əməkdaşları tərəfindən “Pnevmoniyalarda respirator terapiya” mövzuda video-mühazirə hazırlanaraq institutun saytında yerləşdirilmiş, “Yeni koronavirus (COVID-19) infeksiyası zamanı intensiv terapiya” adlı rəhbərlik hazırlamış, yenilənmiş və geniş həkim auditoriyasına təqdim olunmuşdur. Bunlarla yanaşı stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında “Stomatologiya və üz-çənə cərrahiyyəsi praktikasında yeni koronavirus (COVİD-19) pandemiyası şəraitində təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizlik”, otorinolarinqologiya kafedrasında “Yeni koronavirus (COVID-19) infeksiyası zamanı otorinolarinqoloji yardımın xüsusiyyətləri”, oftalmologiya kafedrasında “Yeni koronavirus (COVİD-19) pandemiyası şəraitində göz xəstəlikləri zamanı təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizliyi”, uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə ümumi cərrahiyyə kafedrasında “COVİD-19 pandemiyası zamanı kəskin çərrahi xəstəlikərin diaqnostika və müalicəsi”, mamalıq və ginekologiya kafedrasında “Hamiləlik və zahılıq dövründə SARS-CoV-2 virusuna yoluxma hallarının xüsusiyyəti, dölə təsiri və infeksiyadan qorunmanın təhlükəsizlik qaydaları” və gigiyena kafedrasında “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarızə sahəsində profilaktik, əksepidemik və gigiyenik tədbirlərin həyata keçirilməsi” mövzularında daha 6 rəhbərlik tərtib olunmuşdur. Terapiya kafedrasının əməkdaşları tərəfindən “COVİD-19 infeksiyasının diaqnostikasi” və “COVİD-19 infeksiyasının müalicəsi prinsipləri” mövzusunda ÜST tövsiyələrinə uyğun 2 metodik sənəd işləyib hazırlamış və institutun saytında yerləşdirilmışdir. İnfeksiya haqqında yeni bilgilərin meydana çıxması ilə əlaqədar hər bir sənəd daha 2 dəfə yenilənmişdir. Ailə təbabəti kafedrası tərəfindən COVİD-19 infeksiyası mövzusunda ailə həkimləri üçün video-mühazirə hazırlanaraq institutun saytında yerləşdirilmişdir.
Xəbər verildiyi kimi Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsi bir neçə vaxtdır Azərbaycanda da fəaliyyət göstərir. Layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətlərin qarşısını almaq, onlara hazırlıq və mübarizə imkanlarının gücləndirilməsi yollarını göstərməkdən ibarətdir. Həmin layihənin birinci mərhələsi çərçivəsində "Təlimçilər üçün təlim" treninqləri ölkəmizdə intensiv surətdə davam etdirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına ADHTİ və ATU-nun əməkdaşları bu treninqlərə cəlb olunmuşlar. Göstərilən məsələlərin praktiki həkimlərə daha çox aid olduğu nəzərə alınaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədris bazasından və imkanlarından daha geniş istifadə etmək planlaşdırılır. Artıq tədris proqramlarında müvafiq dəyişikliklər edilmiş, institut tərəfindən Ümümdünya Səhiyyə Təşkilatının dəstəyi lə bölgə həkimləri üçün bir il davam edəcək iki geniş layihənin zonalar üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə müəllim heyətindən ibarət xüsusi təlimçilər qrupu Türkiyə Cumhiriyyətinə ezam olunaraq İzmir Universitetinin tibb fakultəsinin professorlarının iştirakı ilə bu məqsədlər üçün xüsusi hazırlıq keçirlər.
Bu tədris ilində yeni istiqamətlər üzrə kursların keçirilməsi də nəzərdə tutulmuşdur. “Kosmetologiya” üzrə ixtisaslartırma və peşəyə buraxılış kurslarının fəaliyyətə başlaması nəzərdə tutulur. Bu kurslar ölkəmizdə ilk dəfədir ki, təşkil olunur və “Bakı Estetik Mərkəzi”nın müasir baza imkanlarından istifadə olunaraq institutun dermatoveneralogiya kaferdrasının əməkdaşları tərəfindən aparılacaqdır.
Beləliklə, institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığı təmin edilmiş və bu iş mütəmadi olaraq aparılaraq pandemiya dövründə institut qarşısında qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsinə və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinə nail olunmuşdur.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|