Yeni tədris ili başlayır! 11.09.2020
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yeni 2020/2021-ci tədris ili başlayır. Bu il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə böyük önəm verilmişdir.
Bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Institutda tədris prosesində tədris proqramlarının yeniləşdirilib bu konsepsiyanın standartlarına uyğunlaşdırılması istiqamətində daim işlər aparılır. Bu il üçün tərtib olunmuş təqvim planlarına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilməklə yanaşı ixtisaslar üzrə təhsil proqramlarının-modulların yenilənməsi, müxtəlif aktual mövzularda tematik modulların işlənib hazırlanması və keçirilməsi, müəllimlər tərəfindən yeni şəraitdə yeni mövzuları məzmun və artmış tədris həcmi baxımından tədris materiallarının hazırlanması, kursların müddətinin qısaldılması, tədrisin praktikyönümlüyünün gücləndirilməsi həyata keçirilmişdir.Eyni zamanda kursların müddətlərinin DTT proqramına uyğun optimallaşdırılması (1,2, 5, 8 günlük), kursların sayının artırılması, mövzu çeşidinin genişləndirilməsi, həmmərz ixtisaslara aid kursların təşkili və bu barədə məlumatların Səhiyyə Nazirliyi DTT dair saytında yerləşdirilməsi də həyata keçirilmişdir. Bu tədris ilində də tədris prosesində modul sistemindən istifadə ediləcəkdir.
Təhsil proqramlarının mənimsənməsi müxtəlif yeni texnologiyalar vasitələrinin geniş istifadəsi ilə həyata keçirilir. Distant təhsil də davamlı tibbi təhsilin bir növüdür. Son illərdə institutumuzun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir. DTT-nin tətbiqi ilə əlaqədar təkmilləşdirmə kurslarına olan təlabat artmış və bu xüsusən bölgələrdə çalışan həkimlər üçün məsafədən təhsili günün aktual məsələsi etmişdir. Bunları nəzərə alaraq institutun illik təqvim planında çoxsaylı distant kurslar planlaşdırılmışdır.
Son aylar dünyada COVID 19 pandemiyası ilə əlaqədar baş verən olaylar da bir daha göstərdi ki, distant təhsilin ölkəmizdə inkişaf etməsi bu günün tələbidir. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Bu zaman o həm distant ixtisasartırma kurslarında iştirak edə bilər, həm də sərbəst surətdə institutda yaradılmış distant tədris portalına daxil olub distant mühazirələrlə işləyə bilər. Həmin portalda davamlı tibbi tədris fayllarının sayı 808-ə çatdırılmışdır (12120 səhifə, o çümlədən 12120 test tapşrığı). Bununla yanaşı son dövrdə distant tədrisin daha da genişləndirilməsi və daha çox həkim-mütəxəssislərin bu təhsildən yararlanmasına nail olunması üçün institutda mühazirə dərslərinin video arxivi yaradılmış və olan təlabatı nəzərə alaraq bu iş daha da sürətləndirilmişdir.
COVID 19 pandemiyası ilə əlaqədar hal-hazırki karantin dövründə tədris prosesində boşluq əmələ gəlməməsi üçün ixtisasartırma kurslarının onlayn tədrisi daha da təkmilləşdirilmiş, genişləndirilmiş və bütün kafedraları əhatə etmişdir. Dərslərin aparılmasında Zoom telekonfrans tətbiqindən istifadə olunur. Kursların sonunda həmişəki qaydada institutun rəsmi saytından şəhadətnamələrin alınması mümkündür. Onlayn kursların coğrafiyası Respublikamızın bütün bölgələrini əhatə edir. Kursların davam etdirilməsi nəticəsində həkimlərin sertifikasiya prosesinın də təşkili mümkün olmuşdur.
Beləliklə, institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığı təmin edilmiş və bu iş mütəmadi olaraq aparılaraq pandemiya dövründə institut qarşısında qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsinə və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinə nail olunmuşdur.
İnstitut kollektivi Respublika Səhiyyə Nazirliyi tərəfindən verilmiş tapşırıqları qarşıdan gələn tədris ilində də layiqincə yerinə yetirmək əzmindədir.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|