Əməkdaşımız onlayn rejimində beynəlxalq konfransda iştirak etmişdir

05.09.2020

2020-ci il avqust ayının sonunda Rusiyanın Diplomdan Sonrakı Təhsil Akademiyasının pediatriya kafedrasının müdiri, professor İ.N.Zaxarovanın rəhbərlik etdiyi Pediatrların Təhsil Assosiasiyası tərəfindən onlayn keçirilən beynəlxalq elmi-praktik konfransda Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının dosenti, t.e.d., Respublikanın əməkdar həkimi Zemfira Quliyeva “Особенности клинического течения и лечения коронавируса у детей в Азербайджане» mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə dünyada uşaqlar arasında COVİD-19 infeksiyası ilə bağlı aparılan tədqiqatların nəticələri və verilən tövsiyələr təqdim olunmuş, Azərbaycandakı vəziyyət haqqında məlumat verilmişdir. Eyni zamanda Bakı şəhərinin klinikalarında nəzarətdə olan müxtəlif yaş qrupundan olan 319 xəstə uşaqda COVİD-19 infeksiyasının kiliniki xüsusiyyətləri təhlil olunmuş və qeyd edilmişdir ki, xəstələrin 67,1%-də xəstəlik asimptomatik gedişə malik olmuşdur. Xəstəliyə 8-18 yaş qrupu arasında olan uşaqlarda daha çox rast gəlinmişdir. 234 uşağın ümumi vəziyyəti kafi kimi qiymətləndirilmiş və onlarda klinik simtomatikada hipertermiya və öskürək simptomları üstünlük təşkil etmişdir. Aparılan müayinələrdə qanda limfopeniya, leykopeniya 50%-dən artıq halda rast gəlinmişdir. Aparılan müalicə ağırlıq dərəcəsindən asılı olaraq müasir protokollara müvafiq təyin edilmişdir. Mühazirənin sonunda alınmış nəticələr başqa alimlərin apardığı tədqiqatlarla müqayisə edilmişdir. Məruzə maraqla qarşılanmışdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX