Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının videokonfrans formatında iclası keçirildi

21.05.2020

20 may 2020-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası videokonfrans formatında baş tutdu. Konfransda Ə. Əliyev adına ADHTİ-nin COVİD-19 pandemiyası dövründə fəaliyyəti müzakirə olunmuşdur.
Elmi Şura üzvləri qarşısında geniş məruzə ilə çıxış edən Ə.Əliyev adına ADHTİ-nun rektoru professor Nazim Qasımov bildirmişdir ki, Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıbdır. Buna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa «Biz birlikdə güclüyük» çağırışına cavab olaraq bütün səylərin birləşdirilməşi, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasının işlənib hazırlanması səbəb olmuşdur.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da bu tədbirlərin həyata keçməsi üçün bir çox işlər aparılır.Beləki, institutun mikrobiologiya və epidemiologiya, yoluxucu xəstəliklər, anesteziologiya və reanimatologiya, terapiya, gigiyena kafedraları bu müddət ərzində yeni koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər və biotəhlükəsizlik mövzularında təlim-treniqlər təşkil etmişlər. Təlimlər fasiləsiz, bayram və istirahət günləri də daxil olmaqla, gün ərzində azsaylı qruplarda keçirilmişdir. Həmin treninqlərə Respublikamızın bir çox klinikaları,xəstəxana və poliklinikaları, Daxili İşlər Nazirliyi (o cümlədən Daxili Qoşunlar), Ədliyyə Nazirliyi, Mərkəzi Gömrük Hospitalı, Hava Nəqliyyatı Tibbi Sanitar İdarəsində çalışan 1800 nəfərdən çox həkim-mütəxəssis, tibb bacıları cəlb olunmuş və bu iş indi də davam etdirilir. Eyni zamanda əməkdaşlar Guba, Qobustan,Ağdaş, Şəki və Balakən rayonlarında təşkil olunmuş səyyari təlim kurslarında təlimçi kimi də iştirak etmişlər.Eyni zamanda institutun kafedraları tərəfindən 8 video-mühazirə hazırlanmış və institutun saytında yerləşdirilmişdir.Onlardan 3-ü COVİD-19-a, digərləri isə təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuşdur.
Həmçinin anesteziologiya və reanimatologiya, stomatologiya və üz-çənə cərrahiyyəsi, otorinolarinqologiya, oftalmologiya, uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə ümumi cərrahiyyə, mamalıq və ginekologiya, gigiyena, terapiya kafedralarının əməkdaşları tərəfindən 9 metodik sənəd işləyib hazırlanmış və institutun saytında yerləşdirilmışdir. İnfeksiya haqqında yeni bilgilərin meydana çıxması ilə əlaqədar hər bir sənəd daha 2 dəfə yenilənmişdir.
Rektor öz çıxışını davam etdirərək bildirmişdir ki,təhsil proqramlarının mənimsənməsi müxtəlif yeni texnologiyalar vasitələrinin geniş istifadəsi ilə həyata keçirilir. Distant təhsil də davamlı tibbi təhsilin bir növüdür. Axır illərdə institutumuzun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir. Son aylar dünyada COVID 19 pandemiyası ilə əlaqədar baş verən hadisələr bir daha göstərdi ki, distant təhsilin ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Bu zaman o həm distant ixtisasartırma kurslarında iştirak edə bilər, həm də sərbəst surətdə institutda yaradılmış distant tədris portalına daxil olub distant mühazirələrlə işləyə bilər. Ona görə də son dövrdə distant tədrisidən daha çox həkim-mütəxəssislərin yararlanmasına nail olmaq üçün institutda mühazirə dərslərinin video arxivinin genişləndirilməsi daha da sürətləndirilmişdir.Pandemiya dövründə isə distant tədris portalında yerləşdirilmiş 808 davamlı tibbi tədris fayllarına (12120 səhifə,o çümlədən 12120 test tapşrığı) daha 30-u (450 səhifə, 450 test tapşırığı ilə) əlavə olunmuşdur.
COVID 19 pandemiyası ilə əlaqədar hal-hazırki karantin dövründə tədris prosesində boşluq əmələ gəlməməsi üçün ixtisasartırma kurslarının onlayn tədrisi daha da təkmilləşdirilmiş, genişləndirilmiş və bütün kafedraları əhatə etmişdir. Dərslərin aparılmasında Zoom telekonfrans tətbiqindən istifadə olunur. Kursların sonunda həmişəki qaydada institutun rəsmi saytından şəhadətnamələrin alınması mümkündür. Onlayn kursların coğrafiyası Respublikamızın bütün bölgələrini əhatə edir.Kursların davam etdirilməsi nəticəsində həkimlərin sertifikasiya prosesinın də təşkili mümkün olmuşdur.
Bu günə qədər terapiya fakultəsində keçirilmiş 7 ixtisas üzrə 12 onlayn kursda 266 müdavim,cərrahiyyə fakultəsində 14 ixtisas üzrə 28 onlayn kursda 276 müdavim,tibbi profilaktika fakultəsində 7 ixtisas üzrə 9 onlayn kursda 62 müdavim iştirak etmişdir. İnstitut üzrə 28 ixtisas üzrə keçirilmiş 49 onlayn kursda 604 müdavim olmuşdur.
Daha sonra professor Nazim Qasımov videokonfrans iştirakçılarının nəzərinə çatdırmışdır ki, institut əməkdaşları COVID 19 pandemiyası dövründə tədris işləri ilə yanaşı xəstələrə ixtisaslaşmış yardım göstərməyi də davam etdirir və Respublikada infeksiyanın yayılmasına qarşı aparılan mübarizənin ön cərgərəlində yer tuturlar.Yoluxucu xəstəliklər, anesteziologiya və reanimatologiya kafedralarının əməkdaşları isə yeni koronavirus (COVID-19) xəstələri üçün ayrılmış xüsusi klinikalarda birbaşa çalışırlar.
Rektor çıxışını yekunlaşdıraraq qeyd etmişdir ki, institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığı təmin edilmiş və bu iş mütəmadi olaraq aparılaraq pandemiya dövründə institut qarşısında qoyulmuş bütün vəzifələrin layiqincə yerinə yetirilməsinə və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinə nail olunmuşdur.
Videokonfransda iştirak edən Elmi Şura üzvləri gündləlikdə olan məsələ ətrafında çıxış edərək rektor professor Nazim Qasımovun rəhbərliyi ilə institutda aparılan çoxistiqamətli işləri yüksək qiymətləndirmişlər.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX