Ə.Əliyev adına ADHTİ-da yeni koronavirus (COVID-19) infeksiyasına qarşı tədbirlər planı müvəffəqiyyətlə həyata keçirilir

16.04.2020

Yeni koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması istiqamətində dövlətimiz tərəfindən aparılan tədbirlər paketi get-gedə genişlənir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da bu tədbirlərin həyata keçməsi üçün bir çox işlər aparılır. Beləki, 12 mart 2020-ci il tarixində institutda yeni koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinin təşkili məqsədilə rektorun rəhbərliyi ilə işçi qrup yaradılmış və bu müddət ərzində institutun kafedraları tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir:
Mikrobiologiya və epidemiologiya kafedrası tərəfindən 15.03.2020-16.04.2020-ci il tarixlərində yeni koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər və biotəhlükəsizlik mövzularında təlimlər təşkil olunmuşdur. Təlimlər fasiləsiz, bayram və istirahət günləri də daxil olmaqla, gün ərzində 3 azsaylı qrup olmaqla, cəmi 57 dəfə keçirilmişdir. Təlimlərdə iştirak edən tibb işçilərin toplam sayı – 67 müxtəlif müəssisələrdən 1232 nəfər olmuşdur. Təlimlərdə Bakı şəhərində yerləşən 23 poliklinika, 5 Şəhər Klinik xəstəxanası, 16 Birləşmiş şəhər xəstəxanası, MKX, Peşə xəstəlikləri klinikası, akademik M.Mirqasımov adına RKX, Mərkəzi Neftcilər xəstəxanası, Milli ET Tibbi Profilaktika İnstitutu, ATU, Ə.Əliyev adına ADHTİ, ET Cərrahiyyə Mərkəzi, RMDM, Kürdəxanı və Xocəsən Sağlamlıq Mərkəzləri, Respublika Sanitariya Karantin Mərkəzi, Respublika GEM, 5 rayon GEM, qadın məsləhətxanası, Vərəm Əleyhinə Dispanser, Sumqayıt Səhiyyə İdarəsi, Mingəçevir MRX, Quba MRX, Daxili İşlər Nazirliyinin (o cümlədən Daxili Qoşunlar), Ədliyyə Nazirliyi, Mərkəzi Gömrük Hospitalı, Hava Nəqliyyatı Tibbi Sanitar İdarəsi, “Mediland” klinikasında çalışan əməkdaşlar iştirak etmişlər. Eyni zamanda kafedra əməkdaşları 23.03.2020-ci il və 25.03.20-ci il tarixlərində Mərkəzi Neftçilər xəstəxanasının tibb personalı, 24.03.20-ci il tarixdə Lerik və Astara rayonlarında həkim və orta tibb işçiləri, 26.03.2020-ci il və 29.03.20-ci il tarixlərində ATU-nun Terapiya və Cərrahiyyə klinikaları və “Yeni klinika”da çalışan tibb işçiləri üçün koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər haqqında səyyari təlimlər keçmiş və sanitar-epidemioloji hazırlığın qiymətləndirilməsində iştirak etmişlər. Hazırda bu tip təlimlərin keçirilməsi davam etdirilir.
Yoluxucu xəstəliklər kafedası DİN-nin həkim-infeksionistləri və Ədliyyə Nazirliyinin infeksionist və terapevt həkimləri üçün COVİD-19 infeksiyasının diaqnostika və müalicəsi mövzusunda 4 treninq keçirmiş, bu infeksiya ilə mübarizə üçün tibb xidmətinin təşkilinə dair təkliflər vermişdir. Eyni zamanda kafedra tərəfindən COVİD-19 infeksiyası mövzusunda video-mühazirə çəkilərək institutun saytında yerləşdirilmişdir. İnstitut rezidentləri üçün infeksiyanın diaqnostiksı, müalicəsi və biotəhlükəsizlik haqqında treninqlər təşkil olunmuşdur. Ümumilikdə 9 belə treninq keçirilmiş və tədrisə 11 ixtisas üzrə 64 rezident cəlb olunmuşdur.Bunlarla yanaşı kafedra əməkdaşları 3 saylı ŞKX-da COVİD-19 infeksiyasına şübhəli xəstələrin qəbulunda və müalicəsində iştirak edirlər. Kafedranın 1 əməkdaşı Qobustan MRX-na karantində olan şəxslərin müşahidə və müalicəsi məqsədilə ezamiyyə olunmuş,2 əməkdaşı xüsusi treninq keçərək biotəhlükəsizlik üzrə təlimçi qismində çalışır, 6 rezidenti “Yeni klinika”-da treninq keçmiş və onlardan 5 nəfəri hal-hazırda bu müəssisədə işləyirlər. İnstitutun daha bir ftiziatr-rezidenti ET Ağciyər xəstəlikləri institutunda epidemiyanın ilk günündən müvəffəqiyyətlə çalışır.
Anesteziologiya reanimatologiya kafedrası Daxili İşlər və Ədliyyə Nazirliyinin həkim-reanimatoloq və anestezioloqları üçün COVİD-19 infeksiyası zamanı kəskin tənəffüs çatmamzlığı mövzusunda 4 təlim keçirmişdir. Həmçinin kafedra əməkdaşları tərəfindən “Pnevmoniyalarda respirator terapiya” mövzuda video-mühazirə hazırlanaraq institutun saytında yerləşdirilmiş, “Yeni koronavirus (COVID-19) infeksiyası zamanı intensiv terapiya” adlı rəhbərlik hazırlamış, yenilənmiş və geniş həkim auditoriyasına təqdim olunmuşdur. Kafedranın 3 əməkdaşı təlimçi qismində Bakı şəhəri və rayon tibb müəssisələrinin həkim-reanimatoloqları üçün təlimlərdə iştirak edirlər.Kafedranın 3 rezidenti treninq keçərək “Yeni klinika”da işləməyə hazırlaşır.
Terapiya kafedrasının əməkdaşları tərəfindən “COVİD-19 infeksiyasının diaqnostikasi” və “COVİD-19 infeksiyasının müalicəsi prinsipləri” mövzusunda ÜST-n tövsiyələrinə uyğun 2 metodik sənəd işləyib hazırlamış və institutun saytında yerləşdirilmışdir. İnfeksiya haqqında yeni bilgilərin meydana çıxması ilə əlaqədar hər bir sənəd daha 2 dəfə yenilənmişdir. Həmçinin Daxili İşlər Nazirliyinin müxtəlif tibb müəssisələrinin həkim-terapevtlərinə təlimlər keçirilmiş,eyni zamanda mikrobiologiya-epidemiologiya kafedrasında keçirilən bütün təlimlərdə müxtəlif kontingentli tibb personalına COVİD-19 infeksiyasının diaqnostikası, klinikası və müalicəsinə dair təlim xarakterli mühazirələr oxunmuşlar. Kafedranın 2 əməkdaşı xüsusi treninq keçərək biotəhlükəsizlik üzrə təlimçi qismində çalışır.
Pediatriya kafedrası tərəfindən 2020-ci il fevral-mart aylarında keçirilən həm tematik (“Uşaqlara ilkin yardımın təşkili”, “Yoluxucu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlər”) ixtisasartırma kurslarında, həm də Yevlax və Şəki MRX-da keçirilən səyyari kurslarda COVİD-19 infeksiyası ilə əlaqədar mühazirə və seminarlar təşkil olunmuşdur.Eyni zamanda “Fövqəladə hallarda sağlamlığın qorunmasına dair fəaliyyət” mövzusunda 2 seminar keçirilmiş, ÜST-n “COVİD-19: dünyada yayılması, epidemiologiya, klinika, müalicə və profilaktik tədbirlər”-nə dair protokolunun “Uşaqlarda kliniki əlamətlərin və xəstəliyin müalicəsinin xüsusiyyətləri” bölməsinin Azərbaycan dilinə tərcüməsində, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri ilə birgə əhali arasında İçtimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan COVİD-19-a dair məlumat vərəqələrinin paylanması ilə maarifləndirilmədə iştirak etmişlər.
Ailə təbabəti kafedrası tərəfindən COVİD-19 infeksiyası mövzusunda ailə həkimləri üçün video-mühazirə hazırlanaraq institutun saytında yerləşdirilmişdir.
İnstitutun mamalıq və ginekologiya, travmatologiya və ortopediya, pediatriya, otorinolarinqologiya, kardiologiya,terapiya, ailə təbabəti, uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi və neyrocərrahiyyə kursları ilə ümumi cərrahiyyə, anesteziologiya və reanimatologiya və ftiziatriya kafedralarının əməkdaşları koronavirus infeksiyasına qarşı əksepidemik tədbirlər və biotəhlükəsizlik mövzusunda təlimlər keçmiş və öz bazalarında gündəlik iş rejimində və növbələr zamanı yeni koronavirus infeksiyasına şübhəli xəstələrin qəbulu, diaqnostikası və müalicəsi işinə cəlb olunmuşlar. Həmin kafedraların və yoluxucu xəstəliklər kafedrasının professor-müəllim heyətindən, həkim və rezidentlərindən ibarət müalicə qrupları təşkil olunmuşdur. Ümumilikdə 168 nəfərdən ibarət 57 qrup yaradılmışdır.İnstitutun plastik və rekonstruktiv cərrahiyyə klinikasının 95 əməkdaşından ibarət 19 qrup da təşkil olunmuşdur. Bu müalicə qruplarına daxil edilmiş bütün heyət üçün biotəhlükəsizlik mövzusunda treninqlər aparılmışdır.
İnstitutda 03.04.2020-ci il tarixində bölgələrə ezam olunacaq 16 həkim-anesteziolog-reanimatoloq, həkim-ftiziatr, həkim-infeksionist, həkim-epidemioloq üçün COVİD-19 infeksiyası mövzusunda treninq keçirilmişdir.
Bunlarla yanaşı stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında “Stomatologiya və üz-çənə cərrahiyyəsi praktikasında yeni koronavirus (COVİD-19) pandemiyası şəraitində təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizlik”, otorinolarinqologiya kafedrasında “Yeni koronavirus (COVID-19) infeksiyası zamanı otorinolarinqoloji yardımın xüsusiyyətləri”, oftalmologiya kafedrasında “Yeni koronavirus (COVİD-19) pandemiyası şəraitində göz xəstəlikləri zamanı təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizliyi”, mövzularında 3 rəhbərlik tərtib olunmuşdur.
Hal-hazırda İnstitutun uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə ümumi cərrahiyyə kafedrasında “Ümumi cərrahiyyə praktikasında yeni koronavirus (COVİD-19) pandemiyası şəraitində təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizlik”, mamalıq və ginekologiya kafedrasında “Hamilələrdə Yeni koronavirus (COVID-19) infeksiyasının gedişi və müalicəsinin xüsusiyyətləri və biotəhlükəsizlik” mövzularında həkimlər üçün müvafiq metodik sənədlər hazırlanır.
Beləliklə, institutun kafedraları tərəfindən 15 mart - 16 aprel 2020-ci il tarixlərində müxtəlif treninqlərə 1600 nəfərdən çox həkim-mütəxəssis, tibb bacıları cəlb olunmuş və bu iş davam etdirilir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX