Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

25.12.2019

24 dekabr 2019 - cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2019 - cu ildə Ə.Əliyev adına ADHTİ - də elmi - tədqiqat işlərinin yerinə yetirilməsi haqqında.
Məruzəçi: prorektor dosent M.T.Meybəliyev

2. Travmatologiya və ortopediya kafedrasının assistenti t.ü.f.d. İnar Seyidovun «Использование малоинвазивных технологий в диагностике и хирургическом лечении повреждений коленного сустава с сочетанной патологией вен нижних конечностей » «3227.01 - travmatoloqiya və ortopediya» ixtisası üzrə, tibb elmləri doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.

3. Tədris və tədris - metodik sənədlərin müzakirəsi və təsdiq olunması.

4. Müxtəlif məsələlər.

I məsələ üzrə prorektor dosent M.T.Meybəliyev çıxış edərək bildirdi ki, institutda fəaliyyət göstərir:

Əməkdaşlar - 740
Professor müəllim heyəti - 175
Akademik - 1
EA Müxbir üzvü - 2
Tibb elmləri doktoru - 47
Fəlsəfə doktorları - 97
Dosent - 42
Əməkdar elm xadimi - 10
Əməkdar həkim - 12
Əməkdar müəllim - 5

İnstitutun əməkdaşları АМЕА Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunmuş elmi plana uyğun bir istiqamətdə elmi - tədqiqat işlərini aparır:

«Azərbaycanda əhalinin sağlamlığının mövcud durumun öyrənilməsi, risk amilləri, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası».

Bu istiqamətə uyğun 2 problem araşdırılır:

1-ci problem: «Azərbaycanda əhali arasında əsas qeyri - infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası»
2-ci problem: «Azərbaycanda əhali arasında əsas infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası»

24 mövzu üzrə ETİ aparılır, bunlardan 8 - i patent qabiliyyətlidir. 2019 - cu ildə 1 elmi - tədqiqat işi başa çatdırılıb, qalanları isə davam etdirilir.

Dərc olunmuş elmi işlər:

Monoqrafiyalar - 4
Dərsliklər - 10
Dərs vəsaiti - 8
Metodik ədəbiyyat - 6
Məqalələr - 412

Dərc olunmuş məqalələr:

Elmi məqalələr - 412
Xaricdə - 127 (o cümlədən İmpakt jurnallarda - 19)
Respublikada - 285

2019 - cu ilin əvvəlində Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olraq Səhiyyə Nazirliyi tərəfindən 2016 - 2020 - ci illər üçün Dövlət proqramlarına dair əmrlər verilib. Bu əmrlərin icrasına dair aşağıdaki Dövlət Proqramları üzrə institutda elmi - tədqiqat işləri aparılır:
1. «Azərbaycan Repsublikasında qeyri - infeksion xəstəliklərlə mübarizəyə dair 2016 - 2020 - ci illər üçün Strategiya»nın həyata keçirilməsi barədə
2. «2016 - 2020 - ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət proqramı»nın həyata keçirilməsi barədə
3. «2016 - 2020 - ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
4. «2016 - 2020 - ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
5. «2016 - 2020 - ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
6. «2016 - 2020 - ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
7. «2016 - 2020 - ci illər üçün İİV/QİÇS - lə mübarizə üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə.

Ə.Əliyev adına ADHTİ üzrə 2019 - cu ildə institutun kadr hazırlanması:

Doktorantura - 43 nəfər təhsilini davam etdirir.

Beynəlxalq əlaqələr:

Türkiyə İstanbul Universiteti, Rusiya Diplomdan sonraki Tibb TəhsilAkademiyası, Belorusiya Diplomdan sonraki Tibb Təhsil Akademiyası, Ukraina Diplomdan sonraki Tibb Təhsil Akademiyası,Seçenov adına I Moskva Dövlət Tibb Universiteti, Qazaxıstan Davamlı Tibb Təhsil Universiteti, Qazaxıstan Səhiyyə Nazirliyinin “İctimai sağlamlıq Ali Məktəbi “, Qazaxstan Al - Farabi adina Milli Universiteti ilə beynəlxalq müqavilələr davam etdirilir.

Konfrans və simpoziumlarda əməkdaşların iştirakı:

İnstitutun əməkdaşlarından 69 nəfəri 19 ölkədə xarici elmi - praktiki konfranslarda iştirak edib, onlardan 12 nəfəri dəvətli çıxışçı olubdur.

Patentlər. İxtiralar və səmərələşdirici təkliflər:

Patentlər:
- dərc olunub - 2
- ərizə verilib - 4

Dissetasiya işləri başa çatmışdır:
- doktorluq - 3
- fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün - 12.

İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor M.T.Meybəliyev tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ - nin üzərinə böyük vəzifələr düşür.Bu vəzifəlri yerinə yetirmək üçün daha səylə çalışmaq, elmi - tədqiqat araşdırmaların beynəlxalq standartlara uyğun olmasını təmin etmək lazımdır.
Elmi şuranın gündəliyinin digər məsələləri tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiya mövzusunun müzakirəsi olmuşdur. Onun müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX