Azərbaycan Nevrologiya Həftəsi tədris kursları ilə işinə başlamışdır

17.12.2019

Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının təşkilatçılığı ilə 16 - 20 dekabr 2019-cu il tarixlərində Bakı şəhərində Azərbaycan Nevrologiya Həftəsi keçirilir. Bu həftə çərçivəsində dörd tədbirin keçirilməsi planlaşdırılır:

1. 18 dekabr 2019-cu il tarixində 1-ci Azərbaycan Uşaq Nevroloqları Konfransı.
2. 18 dekabr 2019-cu il tarixində 7-ci Azərbaycan Nevroloqları Konfransı.
3. 19-20 dekabr 2019-cu il tarixlərində Türkdilli ölkələrin 4-cü Beynəlxalq Nevrologiya Konqresi.
4. 19-20 dekabr 2019-cu il tarixlərində "EPNS" tədris kursları.

Həftə 16 dekabr 2019-cu ildə gənc mütəxəssislər üçün təlim kurslarından başlanmışdır. Kurslara eyni zamanda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda,Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində,Uşaq Nevroloji Xəstəxanasında və akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında start verilmişdir. “İnsult baş verdikdə nə etməliyəm?”, “Neyrooftalmologiya”,“Genetik xəstəliklərin müasir molekulyar-genetik diaqnostika üsulları”, “Klinik elektroensefaloqrafiyanın təməl aspektləri”, “Müasir elektromioqrafiyanın sinir xəstəliklərinin diaqnostikasında əhəmiyyəti” təlim kurslarında ölkəmizin aparıcı mütəxəssisləri tərəfindən mövzular dinləyicilərə addım-addım izah edilmiş, qarşıya çıxan problemlərin həlli yolları göstərilmişdir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının sədri professor Rəna Şirəliyevanın rəhbərliyi ilə kafedra əməkdaşları kursların aparılmasında fəal işsitak edirlər.Kurslara 100-ə yaxın gənc mütəxəssis cəlb olunmuşdur.
17 dekabr 2019-cu ildə Nevrologiya Həftəsi “Uşaq serebral iflicinin erkən diaqnostikası”, “Klinik elektroensefaloqrafiyanın təməl aspektləri”, “Dağınıq sklerozun müalicəsinə diferensiasiyalı yanaşma”, “Miqren, klaster baş ağrıları və trigeminal nevralgiya: diaqnoz (BBC-nin təsnifatına əsaslanmış) və müalicə”, “İnsultların müalicəsinə müasir yanaşma”, “Ağrı” mövzularında təlim kursları ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Uşaq Nevroloji Xəstəxanasında, ET Pediatriya İnstitutunda, Milli Onkologiya Mərkəzinda öz işini davam etdirəcəkdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX