Əməkdaşımız “Uşaqlıq dövründə sağlamlıq, təhsil və sosial inkişafı üzrə baza kursu”nun sertifikatını almışdır

09.12.2019

Azərbaycana birgə Yardım Təşkilatı (UAFA) və ABŞ Vaşınqton Corcktaun Universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzinin birgə təşəbbüsü əsasında təşkil olunan CHED (Uşaq dövründə sağlamlıq, təhsil və sosial inkişaf üzrə baza kursu) ilk kursu keçirildi. Kursun məqsədi uşaq inkişafı sahəsində işləyən mütəxəssislər üçün beynəlxalq akkreditasiyalı kursları təşkil edəcək Uşaqların Sağlamlığı, Təhsili və Sosial İnkişafı sahəsində akademik mərkəzin yaradılmasıdır.
Kursda uşaq inkişafına vahid / holistik yanaşmanın inkişaf etdirilməsi, əlilliyə yanaşmada tibbi modeldən sosial modelə keçid, böyüklərə yönəlmiş yanaşmadan uşağlara yönəlmiş yanaşmaya keçid, uşaqda özü etməsi /öyrənməsini aşkar etməsi üçün həvəsləndirməyə fokuslanma, öyrənmə prosesini uşağa sevdirmək və əlilliyi olan uşaqda daha yaxşı nevroloji inkişafı dəstəkləməyə dair məlumatlar ayrı-ayrı mövzularda öz əksini tapmışdır. Bu kurs iştirakçılara gələcəkdə tam bakalavr / magistr təhsili zamanı kreditlərin verilməsini nəzərdə tutur. Kreditlərin keçərliliyi yalnız Azərbaycandakı universitetlərlə məhdudlaşır. Kurs 2019-cu il may-iyul ayları ərzində 12 həftə davam etmiş və uşağın sağlamlıq, təhsi, sosial inkişafı sahəsində yerli və xarici mütəxəssislər tərəfindən aparılmışdır.
Kursun sonunda iştirakçılar test imtahanı vermiş və daha sonra 45 saatlıq praktiki mentorinqdə iştirak etmişlər. Mentorinq prosesinin məqsədi hər bir iştirakçının kurs müddətində əldə etdiyi bilikləri təcrübədə uğurla tətbiq edilməsi idi. Kursun sonunda iştirakçıların mentorinq prosesinin Vaşınqton Corctaun Universiteti tərəfindən virtual (online) qiymətləndirilməsi aparılmışdır.
Dekabr ayının 3-də isə kursun yekun tədbiri təşkil olunmuşdur. Azərbaycandakı ABŞ səfirliyinin dəstəyi ilə təşkil olunmuş bu tədbirdə ABS-n Corctaun Universitinin Uşaq İnkişafı Mərkəzinin direktoru, pediatriya fakültəsinin professoru, “Erkən müdaxilə üzrə məzmun” proqramının rəhbəri Dr. Toby Long iştirak etmiş, iştirakçılar arasında testdən və virtual (online) qiymətləndirmədən uğurla keçən şəxslərə sertifikatlar təqdim etmişdir. Sertifikat alanlar arasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova da olmuşdur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX