Əməkdaşlarımız 41-ci Türk Ulusal QBB-BBC Konqresində ölkəmizi təmsil etdilər

23.11.2019

Türkiyənin Antalya şəhərində keçirilən 41-ci Türk Ulusal Qulaq-burun-boğaz və Baş-boyun Cərrahlığı Konqresində Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrasının müdiri, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri professor Nazim Hüseynovun rəhbərlik etdiyi böyük nümayəndə heyəti iştirak etmişdir. Numayəndə heyətinə Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrasının dosentləri, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin İdarə Heyətinin üzvləri Akif Əfəndiyev, Ramil Həşimli və Respublikanın müxtəlif tibb müəssisələrində çalışan Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 15 üzvü daxil idi.
Konqresin plenar iclaslarında dəvət olunmuş məruzəçilər kimi dosent Akif Əfəndiyev “Damage of laryngeal muscles in myasthenia gravis patients”,dosent Ramil Həşimli “Care of professional voice”, “Laryngological interventions” məruzələri ilə çıxış etdilər.Məruzələr böyük maraqla qarşılanmışdır.
Konqres günlərində türk həmkarları ilə çoxsaylı görüşlər keçirən Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri və İdarə heyətinin üzvləri qarşılıqlı maraq doğuran layihələr, mövcud əlaqələrin inkişafı və perspektiv planları, müştərək elmi tədqiqatların aparılması və tədbirlərin keçirilməsi haqqında müzakirələr aparmışlar.
Konqresdə daha bir tarixi hadisə də gerçəkləşmişdir. Bir neçə ildir iki tərəfli anlaşmalar əsasında qarşılıqlı fəaliyyət göstərən Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan Otorinolarinqologiya Cəmiyyətləri birləşərək bərabər hüquqlu Qərbi və Mərkəzi Asiya Otorinolarinqologiya konfederasiyası yaratdılar. Konfederasıyanın sədri Qırğızıstan Otorinolarinqologiya Cəmiyyətinin rəhbəri Vadim Nasırov, katibi Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli seçildi. Konfederasıyanın ilk qurultayının 2020-ci ilin yazında Bakida keçirilməsi qərara alındı.Bu konfederasiyanın fəaliyyət proqramı qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX