Kardiologiya kafedrasında Dövlət Proqramının icrası ilə bağli konfrans keçirildi

01.11.2019

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həyata keçirilən tədbirlərin əsas hissəsini Dövlət Proqramlarının, Milli Fəaliyyət Planlarının və Səhiyyə Nazirliyinin tədbirlər planının icrası çərçivəsində görülən işlər təşkil edir. Həmin Proqramlardan biri olan “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya“nın icrası üçün Səhiyyə Nazirinin 07.03.2016-cı il tarixli 16 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planının müvafiq bəndləri üzrə institutda işlər aparilir. İcraçılardan biri olan kardiologiya kafedrası tərəfindən ilkin səhiyyə xidməti müəxəssisləri üçün qeyri-infeksion xəstəliklərin risk faktorlarının (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik) azaldılması üçün bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlərin həyata keşirilməsi çərçivəsində risk amilləri üzrə təlim paketi hazırlanmış və ixtisasartırma kurslarının tədris planlarına, terapevtlərin diplomdansonrakı kurrikulumuna daxil edilmişdir.
Bu tədbirlər sırasında kardiologiya kafedrasında 27-31 oktyabr 2019-cu il tarixində keçirilən “Ürəyin işemik xəstəliklərinin müasir farmakoterapiyası” kursu zamanı həkim-müdavimlərin, stajor və rezidentlərin iştrakı ilə konfrans keçirilmişdir.Tədbirdə müxtəlif mövzularla çıxış edən kafedranın müdiri professor F.Ə.Quliyev, dosent K.X.Zahidova, assistent G.T.Məmmədova, rezident N.Sultanlı Dövlət Proqramında vurğulanan qeyri-infeksion xəstəliklərlərdən olan ürəyin işemik xəstəliklərinin müasir müalicə və profilaktika yollarından məlumat verdilər.
Konfrans iştirakçıların aktiv iştirakı ilə keçdi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX