Əməkdaşımız Tehran şəhərində beynəlxalq konfransda iştirak etmiş və stomatologiya üzrə beynəlxalq jurnalın redaksiya şurasına daxil edilmişdir

28.10.2019

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli Təbriz Tibb Universitetinin və İran Parodontologiya Akademiyasının rəsmi nəşri olan "Journal of Advanced Periodontology and Implant Dentistry" jurnalının (https://japid.tbzmed.ac.ir) redaksiya şurasına daxil edilmişdir. Bu elmi jurnal parodontologiya və implantologiya sahəsi üzrə kliniki, bioloji, mikrobioloji və immunoloji orijinal tədqiqatları və sistematik icmalları əhatə edir.
Dosent Cavid Əhmədbəyli 2019-cu il oktyabr ayında Tehran şəhərində İran Parodontologiya Akademiyasının təşkilatçılığı ilə keçirilən 19-cu beynəlxalq parodontologiya konqresinin plenar sessiyasında Management of Gingival Recessions in Clinical Practice: Key factors" mövzusunda məruzə ilə də çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmış və interaktiv müzakirələrin aparılması ilə nəticələnmişdir. Eyni zamanda Tehran və Təbriz Tibb Üniversitetlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilmiş və həmin universitetlər ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları, müştərək elmi tədqiqatların aparılması və tədbirlərin keçirilməsi müzakirə edilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX