Beynəlxalq “VoiceIstanbul” konqresi Türkiyə Səs Qonuşma və Udma Pozğunluqları Dərnəyi, Professional Səs Dərnəyi, Dil ve Qonuşma Terapistləri Dərnəyi ve Medipol Üniversitetinin təşkilatçılığı ilə 19-22 sentyabr 2019-cu il tarixində İstanbulda baş tutmuşdur. Konqres səs problemləri ilə məşğul olan otorinolarinqoloqları, dil və qonuşma terapistlərini, səs təlimçilərini və səs sənətçilərini bir yerə yığan multidisiplinar bir toplantı olmuşdur.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli və Azərbaycan Milli Konservatoriyasının doktorantı, vokal pedaqoq, metsosoprano Aleksandria Sultan von Bruseldorff ölkəmizi bu konqresdə təmsil etmişlər. Alimlərimiz konqresin gedişində “Joint work of Voice Doctor and Vocal Pedagogue on Voice Treatment in the Context of Azerbaijani Mugham Singer's Voice” mövzulu seminarla öz təcrübələrini konqres iştirakçıları ilə paylaşmışlar. Məruzə otorinolarinqoloqlar və foniatrlar, vokal pedaqoqlar, səs və nitq patoloqları və səs sənətçiləri tərəfindən böyük maraqla qaşırlanmışdır. Məruzə sonrası aparılan geniş müzakirələrdə Azərbaycan professional muğam ifaçıları ilə aparılan tədqiqatların diqqətə layiq olduğu bildirilməklə bərabər, milli musiqi ifaçılarının səsi və səs problemlərinin araşdırılması üçün çox ölkəli və çox mərkəzli bir araşdırmaçı alimlər qrupu qurularaq ciddi elmi araşdırmalar aparılmasına ehtiyac olduğu bir daha vurğulanmışdır.