Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

24.09.2019

24 sentyabr 2019-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2019/2020-ci tədris ilinin əsas məsələləri.

Məruzəçi: prorektor T.H.Eyvazov

2. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik adları və dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə prorektor Eyvazov T.H. çıxış edərək bildirdi ki, 2019/2020-ci tədris ilində planlaşdırılmış kursların sayı 1264-dür. Onlardan: ixtisas proqramı üzrə modulların tədrisi ilə - 353, müxtəlif tematik modulların tədrisi ilə - 683 olacaqdır. Seminar/treninqlərin sayı - 228, distant kursların sayı - 41, səyyari kursların sayı - 60 planlaşdırılır.Tədris ili ərzində qəbul edilməsi planlaşdırılan müdavimlərin sayı - 16813 təşkil edəcəkdir.
Tədris ili ərzində ixtisaslar üzrə təhsil proqramlarının-modulların yenilənməsi, müxtəlif aktual mövzularda tematik modulların işlənib hazırlanması və keçirilməsi, müəllimlər tərəfindən yeni şəraitdə yeni mövzuları məzmun və artmış tədris həcmi baxımından tədris materiallarının hazırlanması, tədris materiallarının müasirləşdirilməsi (BMJ və digər internet tibbi resurslarından istifadə etməklə), tədrisin praktikyönümlüyünün gücləndirilməsi, simulyasion mərkəzin yaradılması, yeni klinik bazaların əldə edillməsi istiqamətində işlər davam etdiriləcəkdir. Eyni zamanda peşə hazırlığı kurslarının DTT prinsiplərinə uyğunlaşdırrılması, müdavim qəbulu zamanı artmış axının idarə olunması (qəbul prosesinin sadələşdirilməsi və tezləşdirilməsi, paralel tədrisin təşkili), şəhadətnamələrin elektron çapının təşkili, kursların qiymətləndirilməsinin tətbiqi, pedaqoqika, psixologiya və ingilis dili kurslaının təşkili, bütün azsaylı kontingentə aid həkimlərin DTT çərçivəsində hazırlığının təşkil olunması (kafedralarda yeni kursların açılması), səyyari kursların coğrafiyasının genişləndirilməsi (ezamiyyə xərclərinin azaldılması) də diqqət mərkəzində olacaqdır.
Sonra prorektor Eyvazov T.H. qarşıda duran vəzifələrdən danışaraq bildirdi ki, bu vəzifələr bütün təkmilləşdirmə kurslarında müdavimlərə DTT haqqında məlumatların verilməsi, 1-2 günlük seminar /treninqlərin təşkili, davamiyyətin gücləndirilməsi, ödənişli əsaslarla təhsil haqqının ödənilməsinin təşkili, aktual mövzular üzrə video çəkilişlərin aparılmasından ibarətdir. Eyni zamanda kredit yönümlü daha çox elmi-praktik konfransların keçirilməsi, qiymətləndirmə anketlərində dəyişikliklərin aparılması, professor-müəllim heyətinin peşə fəaliyyəti göstəricillərinin hesablanması - reytinq cədvəlinin tətbiqi, Dövlət Proqramlarının yerinə yetirilməsi, institutun 85 illiyinə hazırlıq da diqqət mərkəzində olacaqdır.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, davamlı tibb təhsili sisteminin uğurla fəaliyyət göstərməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və cənab Nazir Oqtay Şirəliyevin birbaşa dəstəyi ilə həyata keçirilən tibbi kadrların hazırlanmasına yanaşma sisteminin dəyişməsinin nəticəsidir. Bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür.
İclasın sonunda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX