Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

25.06.2019

25 iyun 2019-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Tədris ilinin əsas yekunları və perspektivlər.
Məruzəçi: prorektor T.H.Eyvazov

2. «Stomatologiya və üz-çənə cərrahiyyəsi» kafedrasının doktorantı Əzizov Rauf Fizuli oğlunun «Üz-çənə nahiyyəsi toxumalarının travmatik zədələnmələrinin kompleks müalicə metodlarının təkmilləşdirilməsi» «3226.01-Stomatologiya» ixtisası üzrə, tibb üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.

3. «Uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə ümumi cərrahiyyə» kafedrasının doktorantı Yusubov İlqar Əyləsə oğlunun «Qarın boşluğu əməliyyatlarından sonrakı erkən intraabdominal ağırlaşmaların diaqnostika və müalicəsinə müasir yanaşma» «3213.01-Cərrahlıq» ixtisası üzrə, tibb üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.

4. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun kardiologiya kafedrasının müdiri t.ü.e.d. Faiq Quliyevə professor elmi adı diplomunu təqdim edərək onu təbrik etdi.
I məsələ üzrə prorektor Eyvazov T.H. çıxış edərək bildirdi ki, 2018/2019-cu tədris ilində ixtisasartırma kurslarının ümumi sayı - 685, müdavimlərin umumi sayı-14486 nəfər (o cümlədən 93 peşə hazırlığı kurslarında – 291 və plandan əlavə 30 səyyari kurslarda – 955 nəfər) olmuşdur. Bu, 2017/2018-cu tədris ili ilə müqayisədə 3 dəfə artım deməkdir. Tədris ili ərzində ixtisaslar üzrə təhsil proqramlarının-modulların yenilənməsi, müxtəlif aktual mövzularda tematik modulların işlənib hazırlanması və keçirilməsi, müəllimlər tərəfindən yeni şəraitdə yeni mövzuları məzmun və artmış tədris həcmi baxımından tədris materiallarının hazırlanması,kursların müddətinin qısaldılması,tədris materiallarının müasirləşdirilməsi (BMJ və digər internet tibbi resurslarından istifadə etməklə), tədrisin praktikyönümlüyünün gücləndirilməsi, simulyasion mərkəzin yaradılması, yeni klinik bazaların əldə edillməsi həyata keçirilmişdir. Eyni zamanda peşə hazırlığı kurslarının DTT prinsiplərinə uyğunlaşdırrılması, müdavim qəbulu zamanı artmış axının idarə olunması (qəbul prosesinin sadələşdirilməsi və tezləşdirilməsi, paralel tədrisin təşkili), şəhadətnamələrin elektron çapının təşkili, kursların qiymətləndirilməsinin tətbiqi,pedaqoqika, psixologiya və ingilis dili kurslaının təşkili, bütün azsaylı kontingentə aid həkimlərin DTT çərçivəsində hazırlığının təşkil olunması (kafedralarda yeni kursların açılması (şüa terapiyası, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi),səyyari kursların coğrafiyasının genişləndirilməsi(ezamiyyə xərclərinin azaldılması) də baş tutmuşdur.Bunlarla yanaşı distant tədris prosesinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılmışdır.Beləki, yaradılmış distant tədris portalında DTT fayllarının sayı 663-ə çatdırılmışdır (9945 səhifə,sayıo çümlədən 9945 test tapşrşğı). Portala daxil olub baxanların sayı - 8158, E-mail təsdiqlənənlərin sayı - 4974, profayl dolduranların - 3508,testə daxil olanların sayı - 1555 olmuşdur.
Sonra prorektor Eyvazov T.H. qarşıda duran vəzifələrdən danışaraq bildirdi ki, əsas işlər təqvim planının vaxtından əvvəl tərtibi, təqvimin 1,5 il müddətini əhatə etməsi(2019/2020 və 2020/2021-ci tədris ilinin sentyabr-dekabr ayları), kursların müddətlərinin DTT uyğun optimallaşdırılması(1,2, 5, 8 günlük), kursların sayının artırılması, mövzu çeşidinin genişləndirilməsi, həmmərz ixtisaslara aid kursların təşkili və bu barədə məlumatların SN DTT dair saytında yerləşdirilməsi, tematik kursların mövzuları haqqında məlumatların SN DTT dair saytında yerləşdirilməsi istiqamətində aparılır.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, davamlı tibb təhsili sisteminin uğurla fəaliyyət göstərməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və cənab Nazir Oqtay Şirəliyevin birbaşa dəstəyi ilə həyata keçirilən tibbi kadrların hazırlanmasına yanaşma sisteminin dəyişməsinin nəticəsidir. Bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün 2019/2020-cu tədris ili üçün institutda tərtib olunan təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir. Eyni zamanda institutun tədris bazaları genişləndirilmiş və müdavimlər artiq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya, 24 saylı BŞX, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində dərs keçməyə başlamışlar.
Sonra rektor bildirdi ki, keçən tədris ilində həkim-müdavimlərin sayı təxminən 3 dəfə artmışdır. Əgər ötən tədris ilində müdavimlərin sayı təxminən 5000 nəfər təşkil edirdisə, 2018/2019-cu tədris ili üçün müdavimlərin sayı təxminən 15000 nəfər olmuşdur. Bu artım inqilabi xarakter daşıyır. Hal-hazırda bu tendensiyanı təkcə saxlamaq deyil, həm də inkşaf etdirmək lazımdır. İlk növbədə davamlı olaraq institutun professor-müəllim heyətinin peşəkar səviyyəsini artırmaq lazımdır. Bu məqsədlə prorektor dosent T.H.Eyvazov tərəfindən institutda “Ali məktəbdə pedaqogika və pedaqoji ünsiyyət” kurslarında iştirak etmiş müəllimlırin sayının artırılmasının vacibliyi haqqında təklifi dəstəklənməlidir. Çıxışının sonunda rektor professor N.A.Qasımov davamlı tibbi təhsil sistemində əsas yer tutan elektron portala diqqəti artırmağı tapşırdı. Elmi şuranın gündəliyinin digər məsələləri tibb üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiya mövzularının müzakirəsi olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX