Ə.Əliyev adına ADHTİ-da “Pediatriyanın tibbi-sosial aspektləri. Müasir yanaşmaların tədbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

21.06.2019

Uşaqların sağlamlığı və rifahı haqda ilk müddəalar UNİSEF tərəfindən irəli sürülmüşdür. Uşağın lazımınca qidalanması, peyvəndi, təhsili və tibbi xidmətən yararlanması ölkələrdə hakimiyyət başında bu və ya digər partiyanın olmasına, iqtisadiyyat inkişaf və ya iqtisadi böhrandan asılı olmamalıdır. Hər bir uşağın normal inkişafı üçün bütün maneələr aradan qaldırılmalıdır.
Uşaq hüquqlarının qorunmasında təkcə profilaktik-önləyici tədbirlərin görülməsi yetərli deyildir. Lazimi hədəflərə çatmaq üçün dövlətlərin müvafiq strukturlarının birgə əməkdaşlığı, məqsədyönlü siyasət şəklində addımların atılması vacibdir.
Bu baxımdan Azərbaycanda son illərdə düzgün dövlət siyasətinin aparılması nəticəsində xeyli nailiyyətlər əldə edilmişdir. Ailə problemlərinə hərtərəfli qayğı və diqqətin mütəşəkkilliyini gücləndirmək məqsədilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Eyni zamanda Səhiyyə Nazirliyi,Təhsil Nazirliyi və başqa dövlət qurumları da ana və uşaqların sağlamlığı mövzusuna həsr olunmuş müxtəlif səpgidə çoxsaylı tədbirlər keçirirlər.
Uşaq yaşlarında sağalmlıq pozuntularının erkən aşkarlanması və onların gələcəkdə əmələ gəlməsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsində neonatoloq və pediatrların göstərdiyi yardımlarda yeni yanaşmaların tədbiqi zəruridir. Bu baxımdan Azərbaycanda uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşməlidir. Bu məqsədlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə birgə 21 iyun 2019-cu il tarixində “Pediatriyanın tibbi-sosial aspektləri. Müasir yanaşmaların tədbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı institutun rektoru professor Nazim Qasımov açaraq bildirdi ki, 2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam indiyə qədər səhiyyə sisteminin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsinə, əhalinin sağlamlığının daha yüksək səviyyədə qorunmasına xidmət edəcək növbəti bir addımdır. Proqramda da qeyd olunduğu kimi bu sahədə mühüm nailiyyətlər əldə olunsa da, hələ də ana və uşaqların sağlamlığının qorunmasında problemlər qalmaqdadır. Dövlət Proqramında mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyən olunmuş, Proqramın məqsədi və vəzifələrinin qadın və uşaqlara göstərilən müalicə-profilaktika yardımlarının keyfiyyətinin yüksəldilməsindən, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasından ibarət olduğu qeyd olunmuşdur.
Ölkəmizdə səhiyyənin inkişafı və tibbi yardımların imkanlarının gücləndirilməsi ilə yanaşı əhalinin tibbi maarifləndirilməsini daha da genişləndirmək vacib hədəflərdəndir. Qohum evliliklərinin ölkəmizdə hələ də qalması öz növbəsində qüsurlu körpələrin dünyaya gəlməsinə, ana və uşaq sağlamlığında risk faktoruna çevrilməkdədir. Bir sıra xəstəliklərə məhz bu kimi halların mövcudluğu səbəbiylə tez-tez rast gəlinir. İrsi qan xəstəlikləri ilə mübarizə də bu gün Azərbaycan səhiyyəsi üçün üçün vacib prioritetlərdən biridir. Hər il onlarla uşaq bu xəstəliyin daşçıyıcısı kimi dünyaya gəlir. Ona görə də hamiləliyin təqibi bu gün sağlam nəslin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Rektor çıxışına davam edərək bildirdi ki, ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində geniş addımlar atılmaqdadır. Ümummilli lider Heydər Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısının davamı olaraq bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyənin inkişafına töhvələri, xüsusi diqqəti fundamental xarakter daşıyır. Ölkədə ana və uşaq sağlamlığına yüksək qayğı məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Talassemiyasız həyat layihəsi, Milli Onkologiya Mərkəzində uşaq klinikasının yaradılması, perinatal mərkəzlərin əsaslı təmiri, uşaq poliklinikalarının yenidən qurulması, təmiri və yenilərinin tikilməsi, regionlarda Müalicə Diaqnostika Mərkəzlərinin tikilməsi, ən son texnologiyalarla təchiz olunmuş xəstəxanaların açılması kimi çoxsaylı tədbirlər milli genofondumuzun inkişafında böyük bir dönüşə səbəb olmaqdadır.
Rektor professor Nazim Qasımov çıxışının sonunda qeyd etdi ki, bu gün keçirilən konfrans həkimlərimizin təkmilləşməsi, müasir biliklərə yiyələnməsi, beynəlxalq təcrübədən yararlanması üçün təşkil edilmişdir və əminəm ki, iştirakçılar əldə etdikləri bilikləri praktikada qısa müddətə tətbiq edəcəklər.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev çıxış edərək ana və uşaqların sağlamlığının daim diqqət mərkəzində olduğunu qeyd etdi və Azərbaycanda da bu istiqamətdə görülən işlərin öz bəhrəsini verdiyini diqqətə çatdırdı.
Sonra konfrans öz işini davam etdirdi. Pediatriya və neonatologiya sahəsində antenatal diaqnostikanın perspektivləri, yenidoğulmuşlarda mərkəzi sinir sistemi xəstəliklərinin erkən aşkarlanması, erkən uşaqların qidalanması və inkişafı, Azərbaycanda uşaqlar arasında geniş yayılan inkişaf çətinlikləri və bu çətinliklərin erkən aşkarlanmasında yeni yanaşmaların tədbiqi kimi tədqiqatların nəticələri barədə məlumatlar konfrans iştirakçılarna təqdim edildi. Eyni zamanda konfransda ölkəmizdə onurğa xəstəliklərinin yayılması və bu halların vaxtında aşkarlanmasında pediatrların rolu haqqında, pediatriyanın sosial aspektləri, uşaq zorakılığına dair məsələlər barədə də məlumatlar verilmişdir. Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları Rəqsanə Məmmədova, Azər Fərəc, Aytən Məmmədbəyli, Nailə Rəhimova, Sevinc Nəsirova, İradə Hacıyeva, Təranə Seyidməmmədova, Ülviyyə Mirzəyeva, Kəmalə Aşumova ilə yanaşı Qazaxıstan Ana və Uşaq Milli Elmi Mərkəzinin professoru Dair Nurqaliyev və Dağıstan Dövlət Tibb Universitetinin pediatriya kafedrasının dosenti Vaqif İbrahimov təqdimatlarla çıxış etmişlər.
Konfransda Respublikanın şəhər və regionlarında çalışan neonatoloq və pediatrlar iştirak etdilər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX