Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

30.04.2019

30 aprel 2019-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Distant təhsil sistemində və tədris prosesində aparılan işlər haqqında məlumat.
Məruzəçi dosent Z.M.Quliyeva

2. Ümumi cərrahiyyə-1 və ümumi cərrahiyyə-2 kafedralarının adlarında dəyişikliklər barədə.
3. Tədris və tədris-metodik vəsaitlərin müzakirəsi və təsdiq olunması.
4. Müxtəlif məsələlər.

I məsələ üzrə terapiya fakültəsinin dekanı dosent Zemfira Quliyeva çıxış edərək bildirdi ki,bu günə qədər institut üzrə hazırlanmış distant mühazirələrin sayı 663-dür. Onlardan qəbul olunmuş mühazirələrin sayı 614, üzərində işlənilən mühazirələrin sayı 49-dur. Eyni zamanda distant təhsil portalına daxil olub baxanların sayı 8031, e-mail təsdiqlənənlərin sayı 4897, profayl dolduranların sayı 3452, testə daxil olanların sayı 1532 nəfərdir.
Dosent Z.M.Quliyeva sonra çıxışında tədris prosesində aparılan işlər haqqında məlumat verdi, mühazirələrin hazırlanmasında istifadə olunmalı yeniliklərdən danışdı.
II məsələ üzrə məsələ üzrə məsələ üzrə rektor professor N.A.Qasımov çıxış edərək bildirdi ki, institutun ümumi cərrahiyyə-1 və ümumi cərrahiyyə-2 kafedralarında digər cərrahi ixtisaslı həkimlərin təkmilləşməsini təşkil etmək üçün ixtisasların kafedralar arasında bölgüsü aparılmışdır və buna uygun həmin kafedraların adlarında dəyişikliklər edilmişdir.
Müzakirələrdən sonra ümumi cərrahiyyə-1 kafedrasının adı uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə ümumi cərrahiyyə kafedrası, ümumi cərrahiyyə-2 kafedrasının adı isə ürək-damar cərrahiyyəsi və neyrocərrahiyyə kursları ilə ümumi cərrahiyyə kafedrası kimi təsdiq olunmuşdur.
İclasın gündəliyində olan digər məsələ tədris və tədris-metodik vəsaitlərin müzakirəsi və təsdiq olunması idi. Onun müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX