Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

25.12.2018

25 dekabr 2018-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2018-ci ildə Ə.Əliyev adına ADHTİ-də elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında.
Məruzəçi: prorektor dosent M.T.Meybəliyev

2. Ə.Əliyev adına ADHTİ-nin distant portalı haqqında.
Məruzəçi: dosent Z.M.Quliyeva

3. Terapiya kafedrasının dosenti t.ü.f.d. Babayeva Gülüstan Həmid qızının «Воспалительные заболевания кишечника: клинико-диагностические аспекты, критерии консервативной терапии и основы организации специализированной медицинской помощи» «3205.01 – daxili xəstəliklər» və «3212.01 – səhiyyə və onun təşkili» ixtisasları üzrə, tibb elmləri doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.

4. Kardiologiya kafedrası üzrə t.e.d. Quliyev Faiq Əlimuxtar oğluna professor elmi adının verilməsi.

5. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə prorektor dosent M.T.Meybəliyev çıxış edərək bildirdi ki, institutda fəaliyyət göstərir:
- Əməkdaşlar – 740
- Professor- müəllim heyəti – 175
- Akademik – 1
- EA müxbir üzvü-2
- Tibb elmləri doktoru – 46
- Fəlsəfə doktorları – 96
- Dosent – 41
- Əməkdar elm xadimi – 10
- Əməkdar həkim – 12
- Əməkdar müəllim – 5
İnstitutun əməkdaşları АМЕА Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunmuş elmi plana uyğun bir istiqamətdə elmi-tədqiqat işlərini aparır:
«Azərbaycanda əhalinin sağlamlığının mövcud durumun öyrənilməsi, risk amilləri, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası» Bu istiqamətlərə uyğun 2 Problem araşdırılır:
1.Problem: «Azərbaycanda əhali arasında əsas qeyri-infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası»
2. Problem: «Azərbaycanda əhali arasında əsas infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası»
26 mövzu üzrə ETİ aparılır, bunlardan 10 patent qabiliyyətlidir. 2017-ci ildə 9 elmi-tədqiqat işi başa çatdırılıb, qalanları isə davam etdirilir.
Dərc olunmuş elmi işlər
- Monoqrafiyalar - 4
- Dərsliklər - 6
- Dərs vəsaiti - 6
- Metodik ədəbiyyat - 5
- Məqalələr – 399

Qeyd etmək lazımdır ki,2015-ci illə müqayisə etdikdə dərslik və dərs vəsaitləri 2 dəfə artmışdır.
26 mövzu üzrə ETİ aparılır, bunlardan 10-u patent qabiliyyətlidir. 2017-ci ildə 9 elmi-tədqiqat işi başa çatdırılıb, qalanları isə davam etdirilir. 2018-ci ildə 2 elmi-tədqiqat işi başa çatdırılıbdır. Başa çatmış işlər:
1. ”Sinir sistemi xəstəliklərinin tibbi-sosial nəticələrini kompleks qiymətləndirməklə Azərbaycan Respublikasında nevroloji yardımın inkişaf planının elmi əsaslandırılması”.
İşin rəhbəri: Nevrologiya və kliniki neyrofiziologiya kafedrasının mudiri, professor R.K.Şirəliyeva
Tədqiqatın müddəti: 2014-2018–ci illər
İşin icraçısı – Nevrologiya və kliniki neyrofiziologiya kafedrası
Mövzu üzrə 18 elmi iş dərc olunmuşdur.
2”Sidik yollarının urodinamik pozğunluqlarının müasir müalicə taktikasının xüsusiyyətləri və profilaktikası”.
İşin rəhbəri: Urologiya kafedrasının müdiri, t.e.d. S.M.Cavad-zadə
Tədqiqatın müddəti: 2015-2018–ci illər
İşin icraçısı – Urologiya kafedrası
Mövzu üzrə 6 elmi iş dərc olunmuşdur.
Ə.Əiyev adına ADHTİ-nun əməkdaşları tərəfindən 2018-ci ildə dərc olunmuş elmi işlər:
Monoqrafiyalar -2
Dərsliklər-4
Dərs vəsaiti-8
Metodik ədəbiyyat-6
Elmi məqalələr- 412.

Elmi məqalələrdən 127-si xaricdə, 285-i Respublikada dərc olunan jurnal və toplularda nəşr edilmişdir.
Qeyd etmək lazımdır ki, 2017-ci illə müqayisə etdikdə dərslik və dərs vəsaitlərinin sayı 2 dəfə artmışdır. Bundan başqa xaricdə çıxan məqalələrdən 19-u impakt faktorlu jurnallarda dərc olunmuşdur.Burada nəzərə çatdirmaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elm nəşrlər qarşısında qoyulan bütün tələblərə cavab verdiyinə görə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda nəşr edilən “Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin təsdiq etdiyi “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilmişdir.
2017-ci ilin əvvəlində Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olraq Səhiyyə Nazirliyi tərəfindən 2016 – 2020-ci illər üçün Dövlət proqramlarına dair əmrlər verilib. Bu əmrlərin icrası ilə əlaqədar aşağıdaki dövlət proqramlarına dair institutda ETİ-i aparılır.
1. Azərbaycan Repsublikasında qeyri-infeksion xəstəliklərləmübarizəyə dair 2016-2020-ci illər üçün Strategiya»nın həyata keçirilməsi barədə – terapiya və kardiologiya kafedraları
2. 2016-2020-ci illər üçün Şəkərli Diabet xəstəliyi üzrə Dövlət proqramı»nın həyata keçirilməsi barədə – terapiya, kardiologiya və nefrologiya kafedraları
3. 2016-2020-ci illər üçün Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə – ftiziatriya kafedrası
4. 2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə - hematologiya kafedrası
5. 2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə - yoluxucu xəstəliklər kafedrası
6. 2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə- hematologiya kafedrası
7. 2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə – yoluxucu xəstəliklər kafedrası.

Qrant lahiyyələri və proqramlar üzrə aparilan işlər:
1.Heliogeofiziki şəraitin variasiyaları və onların texnoloji-bioloji sistemlərə təsiri.
İcraçılar:AMEA Fiziologiya İnstitutu, Ə.Əliyev adına ADHTİ, Bolğarıstan Elmlər Akademiyası və İzrail Kosmik Mərkəzi.
Layihənin rəhbəri – mikrobiologiya və epidemiologiya kafedrasının müdiri,
professor F.Ə.Sadıxovadır
Ə.Əliyev adına ADHTİ üzrə 2018-ci ildə institutun kadr hazırlanmasına dair:
Doktoranturada – 43 nəfər (davam edir)
İnstitutun əməkdaşları və iddiaçıları tərəfindən:
Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə olunub -1 nəfər.
9 dissertasiya tamamlanıb və ilkin müzakirədən keçmişdir.
Tibb üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə olunub -2 nəfər.
5 dissertasiya tamamlanıb və ilkin müzakirədən keçmişdir.
Benəlxalq əlaqələr:
Hal-hazırda fəaliyyətdə olan beynəlxaq müqavilələr:
1.Türkiyə İstanbul Universiteti
2.Rusiya Diplomdan sonraki Tibb Təhsil Akademiyası
3.Belarusiya Diplomdan sonraki Tibb Təhsil Akademiyası
4.Seçenov adına I Moskva Dövlət Tibb Universiteti
5.Qazaxıstan Davamlı Tibb Təhsil Universiteti
6.Qazaxıstan Səhiyyə Nazirliyinin “İctimai sağlamlıq Ali Məktəbi“
7.Qazaxstan Al-Farabi adına Milli Universiteti ilə bağlanmış müqavilələrdir.
Keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqinda məlumat:
- 2018-ci ilin yanvar ayında ənənəvi olaraq Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
- 2018-ci ilin may ayında Ümummilli lider Heydər Əliyevin doğum günüə həsr olunmuş Gənc alim və rezidentlərin elmi-praktiki konfransı keçirilmişdir.
- 2018-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan səhiyyəsinin tarixinə həsr olunmuş müşavirə keçirlmişdir.
- 2018-ci ilin oktyabr ayında V Beynəlxalq Dodaq və Damaq Yarığı Konqresi keçirilmişdir.
- 2018-ci ilin dekabr ayında “Uşaqlıq dövrünün nevroloji xəstəlikləri” mövzusunda Nevroloqların Milli Assosiasiyası və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə birgə elmi-praktiki konfrans keçirilmişdir.
Konfrans və simpoziumlarda əməkdaşların iştirakı:
İnstitutun əməkdaşlarından 44 nəfəri 19 ölkədə xarici elmi-praktiki konfranslarda iştirak edib, onlardan 12 nəfəri məruzə ilə çıxış edibdir.
Patentlər. İxtiralar və səmərələşdirici təkliflər:
Patentlər:
dərc olunub – 1
ərizə verilib – 1
FD 03.041 Dissertasiya şurasının fəaliyyəti:
Cəmi 15 dissertasiya müdafiə olunub, onlardan:
3212.01-“Səhiyyə və onun təşkili” ixtisası üzrə - 2
3215.01-“Mamalıq və ginekologiya” ixtisası üzrə- 7
3205.01-“Daxili xəstəliklər” ixtisası üzrə -3
3216.01-“Endokrinologiya” ixtisası üzrə- 1
3232.01- “Hematologiya və qanköçürmə” ixtisası üzrə - 2.
II məsələ üzrə dekan dosent Z.M. Quliyeva çıxış edərək bildirdi ki, məlum olduğu kimi distant portal institutumuzda 2016-cı ildə yaradılmış və pilot lahiyəyə terapiya kafedası daxil edilmiş idi. Online mühazirərələrin distant portala yerləşdirilməsində məqsəd həkimlərimizə AR Səhiyyə Nazirinin 45 saylı əmrinə əsasən Davamlı Tibbi Təhsil sistemində distant təhsilinə görə kredit toplamaq imkanı yaratmaqdır. Artıq 2016/17 və 2017/18-ci tədris illərində institutun distant portalına 541 online mühazirələr yerləşdirilmişdir. Bu müddət ərzində portala daxil olub baxanların sayı 7226 nəfər, e-maili təsdiqlənən 4398 nəfər, profayl dolduran 3068 nəfər, testə daxil olan1412 nəfər olmuşdur.
Elmi şuranın gündəliyinin digər məsələləri tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiya mövzusunun müzakirəsi və professor elmi adının verilməsi olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX