Əməkdaşımız Sankt-Peterburq şəhərində beynəlxalq konfransda iştirak etmişdir

21.05.2018

15-17 may 2018-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Stomatoloji Assosiasiyası, Rusiya Parodontologiya Assosiasiyası və Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin həmtəşkilatçılığı ilə “Parodontologiyanın seçilmiş məsələləri” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Bu tədbirdə ölkəmizi, təşkilatçılar tərəfindən rəsmi dəvət olunan, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, t.ü.f.d. Cavid Əhmədbəyli və Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasinın dosenti, t.ü.f.d. Ramiz Əhmədbəyli təmsil etmişdilər.
Beynəlxalq konfransda Dr. Cavid Əhmədbəyli “Diş əti çəkilmələrinin müasir cərrahi müalicəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmışdı və interaktif diskusiyaların aparılması ilə nəticələnmişdir.
Konfransın gedişində Estoniya, Macarıstan və Rusiyanın müxtəlif şəhərlərindən olan məruzəçilər və həmkarlar ilə, həmçinin Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin rəsmi ziyarəti sırasında universitetin rəhbərliyi ilə bir çox görüşlər keçirilmişdir. Bu görüşlər sırasında həmin universitet ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universiteti ilə, həmçinin Rusiyə Parodontologiya Assosiasiyası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir. Təşkilatçılara 2018-ci ilin noyabrında Azərbaycan Parodontologiya Cəmiyyəti və Azərbaycan Estetik Stomatologiya Assosiasiyası tərəfindən Bakıda keçiriləcək “EstePerio2018” 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi haqqında məlumat verilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX