“Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək” layihəsi üzrə təlim-məşğələ kursu keçirilmişdir

21.04.2018

Bir neçə ildir ki,ölkəmizdə Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində “Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək” layihəsi həyata keçirilir. Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi olan bu tədbirlərin məqsədi Azərbaycanın penitensiar sistemində Avropa standartlarına müvafiq olaraq islahatlar aparılmasında, xüsusən də məhbuslar üçün (ruhi sağlamlıq da daxil olmaqla) səhiyyə xidmətlərinin yaxşılaşdırılması və cəzaçəkmə müəssisələrinin insan hüquqlarına uyğun idarə edilməsində hökümət qurumlarına kömək etməkdən ibarətdir. Layihənin yerli tərəfdaşlarla razılaşdırılmış fəaliyyətləri vasitəsilə aşağıda qeyd olunan nəticələrin əldə edilməsi nəzərdə tutulur:
1) Məhbuslar üçün ilkin səhiyyə xidmətlərinin təmin edilməsi və tibbi məlumatların idarə edilməsinin beynəlxalq standartlara və qabaqcıl təcrübələrə daha da yaxından uyğunlaşdırılması;
2) Cəzaçəkmə müəssisələrində daha geniş çeşidli qeyri-farmakoloji ruhi sağlamlıq xidmətlərinin təmin edilməsi;
3) Cəzaçəkmə müəssisələrində təhlükəsizlik, insan hüquqları və məhbusların reabilitasiyası üzrə fəaliyyət standartlarının Avropa standartlarına və qabaqcil təcrübəyə uyğunlaşdırılması.
Bu nəticələrə çatmaq üçün penitensiar xidmətin tibbi və qeyri-tibbi heyətinin əməkdaşlarının Layihə çərçivəsində təşkil olunmuş peşəkar bilik və bacarıqların inkişafına yönəlmiş bir sıra digər fəaliyyətlər (təlim və məsləhətləşmələr) vasitəsilə həbsxanaların səmərəli və humanist idarə edilməsi və məhbuslar üçün səhiyyə xidmətlərinin təmin edilməsi üzrə Avropa standartları və qabaqcıl təcrübələrə dair biliklərini genişləndirmək nəzərdə tutulmuşdur.
Penitensiar xidmətin tibb əməkdaşları üçün təşkil olunmuş tədbirlərdən biri-“Ürək-damar sistemi və sinir sistemi xəstəliklərinin müəyyən edilməsi və müalicəsi” mövzusunda təlim-məşğələ kursu 18-20 aprel 2018-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilmişdir.Təlimləri institutun aparıcı mütəxəssislərindən terapiya kafedrasının müdiri, professor İsaq Mustafayev, həmin kafedranın dosenti Samir Mehdiyev, anesteziologiya və reanimatologiya kafedrasının dosenti t.e.d. Rimma Nəsirova, nevrologiya və klinik neyrofiziologiya kafedrasının dosenti t.e.d. Rövşən Həsənov, həmin kafedranın dosenti Zəminə Sadıxova aparmışlar. Məşğələlərin mövzuları “Kəskin koronar sindrom”, ”Kəskin sol mədəcik çatışmazlığı”, ”Hipertonik krizlər”, ”Ürək ritm pozulmaları”, ”Nevrologiyada təxirəsalınmaz vəziyyətlər”, ”Beyin qan dövranının kəskin pozulmaları”, ”Epilepsiya və epileptik status”, ”Təxirəsalınmaz tibbi yardımın əsasları, ürək-ağ ciyər reanimasiyasında AED-dən istifadə”olmuşdur. Məşgələlər zamanı xüsusi mulyaj və simulyatorlardan geniş istifadə olunmuş, müdavimlərin sərbəst fəaliyyəti üçün şərait yaradılmışdir.
Təlim-məşğələ kursunun sonunda müdavimlərin aldıqları bilik və bacarıqların qiymətləndirməsi həyata keçirilmiş və iştirakçılara sertifikatlar verilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX