28 dekabr 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası, Respublika Endokrinoloji Mərkəz, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti və Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı ilə VII Azərbaycan Milli Diabet Konqresi və III Endokrinologiya və Metabolizm Konqresini keçirilmişdir.Tədbirin açılışında Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri t.e.d. Valeh Mirzəzadə, Respublika Endokrinoloji Mərkəzin direktoru t.ü.f.d. Nərmin İsmayılova, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədr müavini Babək Salek, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədr müavini Hidayət Məmmədzadə və Azərbaycan Diabet Cəmiyyətinin sədri Aygün Hüseynova iştirak etmişlər.
Konqres zamanı Türkiyədən olan professorlar A.Gürsoy, S.Dağdelenlə yanaşı azərbaycanlı mütəxəssislər prediabet, şəkərli diabet, müxtəlif endokrin xəstəliklərə dair maraqlı çıxışlar etmişlər. Məruzəçilər sırasında olan Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının müdiri t.e.d. V.Mirzəzadə, həmin kafedranın dosenti G.Babayeva, dissertantlar S.Mustafayeva, H.Məmmədzadə də əldə etdikləri maraqlı məlümatlarla bölüşmüşlər.