Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

24.12.2024

24 dekabr 2024-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:

1. İnstitut fakültələrinin 2024/25-ci tədris ilinin 1-ci yarısındakı fəaliyyəti haqqında.
Məruzəçilər: dosent Z.M.Quliyeva, t.ü.f.d. Ş.M.Cabbarov

2. Müxtəlif məsələlər.
I məsələ üzrə terapiya fakültəsinin dekanı dosent Zemfira Quliyeva, cərrahiyyə fakültəsinin dekanı t.ü.f.d. Ş.M.Cabbarov çıxış edərək keçən dövr ərzində tədrisin keyfiyyətinin qiymətləndirilməsi barədə fakültələrin hesabatlarını təqdim etdilər. Dekanlar təsdiq olunmuş formalar üzrə hər bir kafedranın hesabatını verdilər. Kursun əvvəlində və sonunda keçirilən test yoxlamalarının, müdavimlərin tədris prosesini anonim qiymətləndirməsinin nəticələri üzərində xüsusi analiz aparıldı və kursların sonunda müdavimlərin bilik səviyyəsinin artması xüsusi qeyd olundu. Əldə olunmuş yekun nəticələr iclas iştirakçılarının nəzərinə çatdırıldı. Eyni zamanda tədris prosesinin təkmilləşdirilməsi üçün müdavimlər tərəfindən verilən təkliflər də iclasda səsləndirildi.
Hər iki dekanın hesabatında bildirildi ki, bir neçə kafedra istisna edilməklə ümumilikdə fakültələr üzrə tədris yükünün yerinə yetirilməsi planı tam yerinə yetirilmişdir. Tədris yükü 100%-dən çox yerinə yetirilmiş kafedraların hesabına fakültələrdə həmin yük 100%-dən çox alınmışdır. Kəsirli yükləri olan kafedralarla iş aparılmış və planı yerinə yetirməyin yolları araşdırılmışdır. Gələcəkdə də bu məsələ ciddi nəzarət altında saxlanılacaqdır.
Dekanlar eyni zamanda nizam-intizamın yoxlanılması məqsədilə kafedralarda aparılmış reydlərin nəticələri haqqında məlumat vermiş, üzə çıxarılan mənfi hallar haqqında Elmi Şura üzvlərini məlumatlandırmışlar. Qeyd edilmişdir ki, hər bir hal ciddi araşdırılmış və nəticələr çıxarılmış, nizam-intizamı pozan əməkdaşlar haqqında intizam tənbehi qərarları verilmişdir.
İnstitutun rektoru professor Nazim Qasımov çıxış edərək nizam-intizam məsələlərinin daim rəhbərliyin nəzarətində olduğunu bildirmiş və gələcəkdə də bu istiqamətdə işlərin aparılmasının vacibliyi haqqında danışmışdır. Müdavimlərin kurslara cəlb olunmasında kəsirlərin alınmaması üçün TƏBİB sistemində işləyən müalicə müəssisələri ilə daha sıx əlaqələrin qurulmasına xüsusi fikir verməyin rolu göstərilmişdir.
Sonda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX