Əməkdaşlarımız "Hematologiyanın aktual problemləri 2024" beynəlxalq konfransında iştirak etmişlər

19.12.2024

16-17 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 80 illik yubileyinə həsr olunmuş "Hematologiyanın aktual problemləri 2024" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda onkohematoloji xəstəliklər, irsi qan xəstəlikləri, innovativ müalicə metodları, qan xidmətinin təşkili və təkmilləşdirilməsi və digər mövzularda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Fransa, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Gürcüstandan dəvət olunmuş ekspertlərin məruzələri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Konfransın açılış mərasaimində MHTM direktoru Sərdar Əsədov, AR Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin deputatı Məlahət Həsənova çıxış etmişlər. Tədbirdə Ə.Əliyev adına ADHTİ rektoru professor Nazim Qasımov, Mərkəzi Qan Bankının icraçı direktoru, müxtəlif tibb müəssisələrinin direktor və baş həkimləri iştirak etmişlər.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri dosent E.Qədimova "İnhibitorlu hemofiliyalı xəstələrin profilaktik müalicəsi" mövzusunda məruzə ilə çıxış etməklə yanaşı iclasın moderatoru da olmuşdur. Hematologiya kafedrasının assistenti, t.ü.f.d. M.Kazımova "Hemofiliyanın müalicəsində müasir elmi araşdırmalar, klinik nəticələr", kafedranın assistenti, t.ü.f.d. G.Əlizadə "Hemofiliyalı xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi" mövzuları ilə çıxış etmişlər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX