ELAN! | Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir

07.02.2025

2025-ci ilin noyabr ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yaranmasının 90-cı ili tamam olacaqdır. Bu yubileyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda çıxış etmək istəyən elmi tibbi müəssisələrin əməkdaşları institutun elmi işlər şöbəsinə müraciət göndərə bilərlər.
Konfransın materiallarının məcmuəsi də dərc olunacaqdır. Məqalələr və tezislər azərbaycan, rus və ingilis dillərində qəbul edilir. Məqalələrin həcmi 3, tezislərin həcmi isə 1 səhifədən çox olmamaqla A4 formatda, boş sahələr hər tərəfdən 2,5 sm, şrift 14, Times New Roman, interval 1 şərtlərinə cavab verməlidir. Məqalələr və tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında, məqalələrin xülasəsi ilə birgə təqdim olunmalıdırlar.
Məqalə və tezislərin göndərilməsi, həmşinin çıxış üçün müraciət 15 aprel 2025-ci il tarixinə qədər olmalıdır.

Ünvan: AZ1012, Bakı şəhəri, Müzəffər Həsənov küçəsi 35, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu.
Məqalə və tezislər üçün: Elmi işlər üzrə prorektor dosent M.T.Meybəliyev. Telefon: (+99412) 431 01 82.
Çıxışlar üçün: Gənc alimlər şurasının sədri dosent A.Z.Əfəndiyev.
Telefon: (+99450) 350 83 84.
E-mail: aadhti@mail.ru








Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX