“Kardiovaskulyar xəstəliklərin müalicəsinə müasir yanaşma” mövzusunda səyyari kurs keçirilmişdir

02.11.2024

28.10.2024-01.11.2024-cü il tarixində Ə.Əliyev adına ADHTİ-nun terapiya kafedrası Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında “Kardiovaskulyar xəstəliklərin müalicəsinə müasir yanaşma” mövzusunda səyyari kurs keçirtmişlər. Kursda Biləsuvar, Salyan, Cəlilabad, Masallı rayonlarından həkim-terapevtlər, kardioloqlar və ailə həkimləri iştirak etmişlər. Kafedranın professoru Natəvan Fərəcova və dosenti Sədaqət Sultanova kardiovaskulyar xəstəliklərə dair son tövsiyələrə uyğun mühazirələr oxuyub, praktik məşğələlər aparmışlar. Bu zaman arterial hipertenziya, kəskin və xronik koronar sindromlar, xronik ağciyər ürəyi, ürək çatışmazlığı və aritmiyalara aid yeni məlumatlar dinləyicilərin nəzərinə çatdırılmış, onlara klinik tövsiyələrə uyğun müalicə alqoritmləri təqdim olunmuş, hər mövzuya aid klinik hallar müzakirə edilmişdir. Kursun sonunda müdavimlər test şəklində tapşırıqları cavablandıraraq müvafiq şəhadətnamələr almışlar.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX