10 Oktyabr Ümumdünya Psixi sağlamlıq Günü qeyd edildi

10.10.2024

1992-ci ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Psixi Sağlamlıq Federasiyası və Beynəlxalq Psixoloqlar Assosiasiyası tərəfindən hər il 10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gündə “İşdə psixi sağlamlıq” mövzusuna həsr edilən maarifləndirici tədbirlərin həyata keçirilməsi tövsiyə edilir. Hər il olduğu kimi bu gün Ə.Əliyev adina Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müdavimlər üçün Ümumdünya Psixi sağlamlıq Gününə həsr edilən seminar keçirilmişdir.İnstitutun pediatriya kafedrasının dosenti, UNİCEF və ÜST-n milli təlimçisi Mətanət Qaraxanova psixi sağlamlıq və işin bir-biri ilə sıx bağlılığı, işçilərin psixi sağlamlıq riskləri ilə üzləşməsi, stiqmanın məşğulluq üçün maneələr yaratdığı kimi məqamları vurğulayaraq geniş məlumatları təqdimatla seminar iştirakçılarına çatdırmışdır. Təqdimatda işçilərin öz psixi sağlamlıqlarının qayğısına qalmaq, stresin idarə olunması üçün müxtəlif texnikaları öyrənməyin vacib olduğu, iş yerlərində psixi sağlamlığın dəstəklənməsinin rifahın yaxşılaşmasına və məhsuldarlığın artırılmasına kömək edəcəyi xüsusi qeyd edilmişdir.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX