Əməkdaşımız Türk Daxili Xəstəliklər Uzmanlıq Dərnəyinin 26-cı Konqresində çıxış etmişdir

07.10.2024

2-6 oktyabr 2024-cü il tarixində Şimali Kipr Türk Cumhuriyyətinin Girnə şəhərində Türk Daxili Xəstəliklər Uzmanlıq Dərnəyinin 26-cı Konqresi keçirilmişdir. Konqresin işində 2000 nəfərə yaxın daxili patologiya ilə məşgul olan həkimlər iştirak etmişlər. Tədbir zamanı "Şəkərli diabet və yeni antidiabetik preparatlar", "Təməl intensiv terapiya kursu", "Ultrasonoqrafiya", "Terapevtik praktikada təxitəsalınmaz vəziyyətlər" mövzularında kurslar da təşkil edilmişdir. Konqres müddətində eyni zamanda 5 salonda terapiyanın müxtəlif sahələrinə dair patologiyalar, sindromar, komorbid vəziyyətlər ətraflı müzakirə olunmuş, bu nozologiyalara kardioloq, nefroloq, revmatoloq, infeksionist, hematoloq, endokrinoloq və digər mütəxəssislərin yanaşmaları təhlil edilmiş, satellit simpoziumlar keçirilmişdir. Müzakirələr interaktiv keçmiş və dinləyicilərin böyük marağına səbəb olmuşdur. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti, t.e.d. Samir Mehdiyev həmin konqresdə iştirak etmiş və "Azərbaycanda şəkərli diabet tip 2 xəstələrdə qlikemik nəzarətin kliniki-epidemioloji xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış etmişdir.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX