Ə.Əliyev adına ADHTİ-nin nümayəndə heyəti 21-ci Beynəlxalq Türkiyə Hemofiliya Kongresində iştirak etmişdir

30.09.2024

26-28 sentyabr 2024-ü il tarixində Türkiyənin İstanbul şəhərində 21-ci Beynəlxalq Türkiyə Hemofiliya Kongresi keçirilmişdir. Türkiyə Cümhuriyyəti Sağlıq Bakanlığı və Türkiyə Hemofiliya Dərnəyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konqresdə tibb işçiləri ilə bərabər 500-ə qədər hemofiliyalı xəstə və ailə üzvləri də iştirak etmişlər. Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımovun başçılığı ilə nümayəndə heyəti də iştirak etmişdir.
Konqresin açılış mərasimində Dünya Hemofiliya Federasiyasının prezidenti Cezar Garrido, İstanbul Universitetinin rektoru professor Osman Bülənt Zülfikar, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov çıxış etmişlər.İnstitutumuzun rektoru Azərbaycan və Türkiyə tibb ictimayəti arasında yaranmış qardaşlıq və dostluq münasibətlərindən danışmış, səhiyyədə, xüsusən də hematologiya sahəsində, ölkəmizdə aparılan yenilənmə işlərini və əldə olunmuş nailiyyətləri qeyd etmişdir.
Hemofiliya xəstəliyi sahəsində dünyada aparıcı mütəxəssislər sayılan Avropadan professor Jan Blatny, professor Yeşim Dargaud, Kanadadan professor Glenn Piercelə yanaşı Türkiyəli mütəxəssislər hemofiliyanın müasir müalicəsi, gen mühəndisliyinin effektivliyi, yeni dərman preparatlarının tətbiqi sahəsində nailiyyətlər, qan laxtalanma problemi olan qadınların hamiləlik və doğum məsələləri, hemofiliyada yaşlanma, xəstələrin həyat keyfiyyəti, ortopedik ağırlaşmalar, inhibitorlar və onlarla mübarizə, hematologiyada süni intellektin tətbiqi kimi mühüm məsələləri geniş müzakirə etdilər.
Nümayəndə heyətinin üzvləri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri, dosent E.Qədimova, kafedranın dosenti N.Yusifova, assistentlər t.ü.f.d. M.Kazımova, t.ü.f.d. G.Əlizadə konqresin işində aktiv iştirak etmişlər. M.Kazımova və G.Əlizadənin Azərbaycanda hemofiliya sahəsində görülmüş işlər və əldə olunan nailiyyətlər haqda medikal paneldə etdikləri məruzələr geniş maraqla qarşılanmışdır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımovun İstanbul Universitetinin rektoru professor Osman Bülənt Zülfikarla görüşü də baş tutmuşdur. Qarşılıqlı hörmət və anlaşıqlılıq şəraitində keçən görüş zamanı hər iki rektor rəhbərlik etdikləri müəssisələr arasında yaranmış əlaqələrdən məmnun olduqlarını qeyd edib gələcəkdə bu əlaqələri daha da dərinləşdirmək yolları haqında qarşılıqlı razılığa gəldilər.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX