Şuşa şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təşkilatçılığı ilə ilk dəfə olaraq “Mamalıq və ginekologiyanın aktual problemləri” mövzusunda konfrans keçirilmişdir. Konfransda Ə.Əliyev adına ADHTİ-nin mamalıq və ginekologiya kafedrasının müdiri professor Leyla Rzaquliyeva “Uşaqlıq boynu patologiyalarına müasir yanaşma”, kafedranın baş laborantı Günel Əfəndiyeva “Zahılıq qanaxmaları zamanı düzgün alqoritm” mövzusunda məruzələrlə çıxış etmişlər. Eyni zamanda professor Leyla Rzaquliyeva həm də moderator kimi konfransın sessiyasını idarə etmişdir.
Konfrans bitdikdən sonra iştirakçılar prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı hesabına azad olmuş Xankəndi və Agdam şəhərlərini də ziyarət etmiş, erməni vandallarının törətdiyi cinayətlərdən sonra aparılan böyük quruculuq işləri ilə tanış olmuşlar.