Əməkdaşlarımız İstanbulda keçirilən GastroSummit-2024 konqresində çıxış etmişlər
09.09.2024
06-07 sentyabr 2024-cü il tarixində İstanbulda GastroSummit-2024 kecirilmişdir. Bu tədbir METAP-GİS daxilində artıq ikinci ildir ki baş tutur. Tədbirə 18 ölkədən 250-dən artıq iştirakçı qatılmış idi.
Ölkəmizi Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının dosenti Gülüstan Babayevanın başçılığı ilə 10 nəfərlik nümayəndə heyəti təmsil etmişdir. Əməkdaşlarımız konqresin elmi proqramında aktiv iştirak etmişlər. Beləki, dosent Gülüstan Babayeva bağırsağın iltihabı xəstəliklərinə həsr edilmiş sessiyada, Milli Onkologiya mərkəzinin invaziv diaqnostika və müalicə şöbəsinin müdiri, Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin sədri Fərid Quliyev mədə-bağırsaq qanaxmalarına həsr edilmiş sessiyada moderator olmuşlar. Ə.Əliyev adina ADHTİ terapiya kafedrasının doktorantı Rəşad Həsənov (German hospital, qastroenterologiya şöbəsi) öz elmi işinin məticələri ilə klinik təhlillər sessiyasında, MOM invaziv diaqnostika və müalicə şöbəsinin əməkdaşı Nərgiz Əfəndiyeva isə mədə-bağırsaq qanaxmalarına həsr edilmiş sessiyada maraqlı klinik təqdimatlar ilə cıxış etmişlər.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.