Ə.Əliyev adına ADHTİ-nun 90 illik yubileyinə hazırlıq işləri başlanmışdır

01.07.2024

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 2025-ci ilin noyabr ayında 90 yaşı tamam olur. Bu illər ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış bir çox eimi-tədqiqat işləri yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarının şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin rifahı üçün çalışmış və indi də çalışırlar. Ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daim diqqət mərkəzindədir. İnstitutun beynəlxalq əlaqələri də genişlənir, Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyası, Türkiyə Cumhuriyyəti İstanbul Universiteti, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası, Qazaxıstan Davamli Tibbi Təhsil Universiteti, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Ali Səhiyyə Məktəbi və bir çox başqa tanınmış təhsil ocaqları ilə qarşılıqlı əlaqələr haqqında sazişlər imzalanmışdır. Beynəlxalq təhsil proqramı daxilində ABŞ, Almaniya, Böyük Britaniya, Niderland, Rusiya Federasiyası və Belçikadan olan mütəxəssislər institutda mühazirə və məşğələlər aparmışlar.
Yubileylə əlaqədar böyük tədbirlər planı hazırlanmışdır. İnstitutun 90 illik yubileyinə həsr olunmuş konfrans Azərbaycan Respublıkası Səhiyyə Nazirliyi ilə razilaşdırılaraq 2025-ci ildə keçiriləcəkdir. Konfransda Respublikanın tanınmış tibb alimləri və səhiyyə işçilərinin, institutumuzun əməkdaşlıq etdiyi bir çox xarici ölkə tibb təhsil ocaqlarının rəhbərləri və alimlərinin iştirakı gözlənilir. Konfransin təntənəli açıiış mərasimindən sonra təbabətin aktual məsələlərinə həsr olunmuş plenar iclas keçiriləcəkdir. İnstitutun yubileyinə həsr olunmuş buklet, elmi işlər məcmuəsi və sənədli film hazırlanır. Eyni zamanda Аzərbaycan Tibb Jurnalının institutun 90 illik yubileyinə həsr olunmuş buraxılışı üzərində işlər aparılır.
Yubiley tədbirlərinə hazırlıq işləri davam etdirilir.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX