Qurban bayramınız mübarək olsun!

15.06.2024

Qurban bayramı müsəlman dünyasının ən ülvi və müqəddəs bayramlarından biridir. Bu bayram İslam dininin təbliğ etdiyi ali keyfiyyətlər olan mərhəmət və halallığın, birlik və bərabərliyin, həmrəylik və qardaşlığın rəmzidir, insanları xeyirxah əməllərə, paklığa, saflığa səsləyir.
Ə.Əliyev adına ADHTİ-nun kollektivi bəşəri dəyərlərin tərənnümçüsü sayılan Qurban bayramı münasibəti ilə xalqımızı və bütün İslam dünyasını səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların və duaların Allahın uca dərgahında qəbul olunmasını diləyir. Qoy bu əziz bayramın nuru ocaqlarınıza sevinc və ruzi, süfrələrinizə bolluq və bərəkət gətirsin, birlik və bərabərliyimizi daha da möhkəmləndirsin.
Qurban bayramınız mübarək olsun!

Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Qasımov





Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX