İnstitutun əməkdaşları üçün ÜST-n “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində peyvənd təcrübəsi üzrə təlimçilər üçün təlim keçirildi
13.06.2024
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi içtimai səhiyyə standartlarını təkmilləşdirmək üçün diplomdan əvvəl və diplomdan sonrakı təhsil müəssisələri üçün yeni peyvənd tədris proqramı - kurikulum hazırlayaraq təqdim edir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində tibb işçilərinə peyvənd təcrübəsi üzrə təkmilləşdirilmiş təlimlərin keçirilməsi immunizasiya xidmətlərinin keyfiyyətini artırmaq üçün nəzərdə tutulmuşdur.
10.06.-13.06.2024-cü il tarixində Ə.Əliyev adına ADHTİ-də yeni kurikuluma dair təlimçilər üçün təlim (ToT) kursu keçirildi. ÜST-n beynəlxalq məsləhətçisi tərəfindən keçirilən bu ToT kursda institutun pediatriya, ailə təbabəti, nevrologiya və klinik neyrofiziologiya, yoluxucu xəstəliklər və mikrobiologiya kafedralarını, ATU, 2 saylı Tibb Kolleci və TƏBİB-i təmsil edən 20 nəfər müəllim iştirak etdi. Təlimin məqsədi immunizasiya ilə bağlı müasir standartlara cavab verən yeni kurikulumun tətbiqi vasitəsilə Azərbaycan səhiyyəsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə dəstək olmaqdır. Bu proqram həm də tibb təhsili verən tədrisçilərinin bacarıqlarını gücləndirir, onlara minlərlə hazırki və gələcək həkimlərə immunizasiya təcrübələri öyrətməyə imkan yaradır. Təlim, iştirakçılar tərəfindən yeni tədris ilində immunizasiyaya dair beynəlxalq və milli təcrübələrə əsaslanan mövzuların tematik kurslarda tədris edilməsini nəzərdə tutur. Bununla bağlı təlimin son günündə təlim iştirakçıları və terapiya fakültəsinin dekanı dosent, t.e.d. Zemfira Quliyeva tədris proqramlarında kurikulumun tədbiqi məsələsini müzakirə etmişlər. Müzakirədə pediatriya kafedrasının müdiri professor Rəqsanə Məmmədova da iştirak edərək, immunizasiyaya dair kurikulumun tədbiqi ilə bağlı öz fikirlərini səsləndirmişdir. Təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olunmuşdur.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.