Əməkdaşımız Azərbaycan Revmatologiya Cəmiyyətinin “A-dan Z-yə Revmatoid Artrit” konfransında çıxış etmişdir

17.05.2024

17 may 2024-cü il tarixində "A-dan Z-yə Revmatoid Artrit" adlı konfrans keçirilmişdir. Konfrans müasir revmatologiyanın ən aktual problemlərindən birinə - revmatoid artritin diaqnostika və müalicə prinsiplərindəki yeniliklərə həsr olunmuşdur. Beynəlxalq səviyyədə 4 paneldə keçirilən konfransda Bakı, Gəncə, Mingəçevir, Sumqayıt şəhərləri ilə yanaşı ölkəmizin digər bölgələrindən gələn revmatologlar da iştirak etmişlər. Bu konfransda əməkdaşımız Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının assistenti, t.ü.f.d. Fidan Qasımova da iştirak etmişdir. Onun “Revmatoid artritin müalicəsində yeni üfüqlər” mövzusunda olan təqdimatı maraqla qarşılanmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX