Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsi, Mərkəzi Gömrük Hospitalın Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən 3 iyun 2024-cü ili tarixində Uşaqların Beynəlxalq Müdafiəsi gününnə həsr edilmiş "Pediatriyada müzakirəli məsələlərə müasir baxış" mövzusunda elmi konfrans keçirtmişdir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamladı. O, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin mütəmadi olaraq tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi elmi tədbirlər barədə məlumat verdi və konfransın işinə uğurlar arzu edərək hərkəsi sual-cavab sessiyalarında aktiv olmağa dəvət etdi.
Konfransın elmi hissəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva “Uşaqlarda mədə-bağırsaq sisteminin funksional pozğunluğu-qəbizlik”, Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov “Uşaqlarda qəbizliyin cərrahi səbəbləri”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Sənubər Vəliyeva “Uşaqlarda tonzillit” və Mərkəzi Gömrük Hospitalının pediatrı Nigar Mirzəyeva “Epşteyn-Barr infeksiyası – differensial diaqnostika” mövzularında geniş təqdimatla çıxış etdilər.
Konfransda müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan 200 nəfərədək həkim iştirak etmişdir və tədbir Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsindən canlı yayınlanmışdır.