Ə.Əliyev adına ADHTİ ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır

30.05.2024

Naxçıvan Muxtar Respublikasının 100-cü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində “Diş-çənə anomaliyalarının diaqnostika və müalicəsində müasir üsullar” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransdan öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Eyni zamanda tədbir iştirakçıları NDU-nun Tibb fakültəsində də olublar. Qonaqlara fakültədə fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əzcaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki laboratoriyaları haqqında məlumat verilmişdir.
Konfransın açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Mərasimdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov da çıxış etmiş və konfransın işinə müvəffəqiyyətlər arzulamışdır.
Səfər çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumda hər iki təhsil müəssisəsində təhsil prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və inkişaf etdirməsi üçün işlər həyata keçirmək, birgə elmi-tədqiqat işləri aparmaq, layihələr həyata keçirmək və təhsilin bütün sahələrində elmi mövzular haqqında məqalələr yazmaq, elmi-tədqiqat məlumatlarının və texniki materialların mübadiləsini həyata keçirmək, akademik heyətin, tələbə/rezident mübadiləsini həyata keçirmək və s. kimi maddələr öz əksini tapmışdır.
İmzalanma mərasimində çıxış edən Ə.Əliyev adına ADHTİ-nun rektoru professor Nazim Qasımov və Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus İsayev qarşılıqlı əlaqələrin daha sıx olması üçün görüləcək işlərdən danışdılar.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX