ELAN! Bakıda beynəlxalq tibbi turizm "UNITED MEDICAL TOURISM EXPO" sərgisi keçiriləcək

08.05.2024

22-23 may tarixlərində Bakıda beynəlxalq tibbi turizm "UNITED MEDICAL TOURISM EXPO" sərgisi keçiriləcək. Sərginin birinci günü Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Terapiya” Kafedrasının müdiri, t.e.d., professor Valeh Mirzəzadə “İnsulin: dünən, bugün, sabah” mövzusunda mühazirə ilə çıxış edəcək.
Sərginin ikinci günü isə ADHTİ-nin “Hematologiya” kafedrasının assistenti, t.ü.f.d. Günel Əlizadə “Hemofiliyanın diaqnostika və müalicə metodları” adlı mühazirə ilə çıxış edəcək.
Bu sərgi tibb və sağlamlıq turizmi üzrə dünya liderlərini bir araya gətirən əsas sənaye tədbiridir. Sərgi “United Expo” şirkəti tərəfindən təşkil olunur və 5 ölkənin - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Hindistanın tibbi turizm assosiasiyaları tərəfindən dəstəklənir.
10 ölkədən tibb müəssisələrinin və sağlamlıq mərkəzlərinin nümayəndələri səhiyyə sahəsində ən son nailiyyətləri, xəstəliklərin qarşısının alınmasını, effektiv müalicə üsullarını, həmçinin tibb sektorunda mövcud olan ən son texnologiyaları və xidmətləri təqdim etmək üçün burada toplaşacaqlar!

Sərgidə iştirak etmək üçün qeydiyyatdan keçməyiniz tövsiyə olunur.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX