Bakıda «Sağlam uşaqlıq» II Böyük Avroasiya pediatrik məktəbi keçirildi

07.05.2024

Son illərdə davamlı tibbi təhsil sistemində, tibbi ixtisasların maraqları və fənlərarası xüsusiyyətləri nəzərə alınaraq, ölkələrarası əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri də 06.05.2024-cü il tarixində Bakıda Avrasiya pediatrlar və neonatoloqlar Assosiasiyasının təşkil etdiyi «Sağlam uşaqlıq» II Böyük Avroasiya pediatrik məktəbinin keçirilməsi aiddir.
Rusiya Diplomdansonrakı Davamlı Tibbi Təhsil Akademiyasının Speranski adına neonatologiya kursu ilə pediatriya kafedrasının müdiri professor İrina Nikolaevna Zaxarovanın rəhbərlik etdiyi Avrasiya pediatrlar və neonatoloqlar Assosiasiyasına Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukraynadan olan pediatriya sahəsində aparıcı mütəxəssislər daxildir.
Tədbirdə pediatriya məktəblərinin aparıcı mütəxəssisləri pediatriya, neonatologiya, allerqologiya-immunologiya, qastroenterologiya, pulmonologiya və genetika üzrə aktual mövzuların təhlillərini həm canlı, həm də onlayn şəkildə təqdim etmişlər. Müasir mərhələdə profilaktika, vaxtında diaqnostika və uşaqlara köməklik məsələləri qaldırılmışdır. Ekspertlər öz geniş klinik təcrübələrini bölüşmüşlər.
«Sağlam uşaqlıq» II Böyük Avroasiya pediatrik məktəb tədbirində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllim heyəti, ATU, K.Fərəcova adına ETPİ, müxtəlif tibb müəssisələrindən mütəxəssislər iştirak etmişlər.İnstitutumuzun pediatriya kafedrasının dosenti, terapiya fakültəsinin dekanı, əməkdar həkim Zemfira Quliyeva «Sağlam uşaqlıq» II Böyük Avroasiya pediatrik məktəb tədbirində təqdimatla çıxış etmişdir. Təqdimat böyük maraqla qarşılanmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX