Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

30.04.2024

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası keçirildi. İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:

1. İnstitutun 2024-2025-ci təris ili üçün təqvim planının müzakirəsi və təsdiq olunması.
Məruzəçi: prorektor dosent T.H.Eyvazov
2. İnstitutun 90 illik yubileyinə hazırlıq işləri haqqında
3. Ftiziatriya kafedrasının müdiri vəzifəsinə seçki
4. Hematologiya kafedrasının müdiri vəzifəsinə seçki
5. Yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçki
6. Mamalıq və ginekologiya kafedrasının müdiri vəzifəsinə seçki
7. Terapiya kafedrasının professoru vəzifəsinə seçki

I məsələ üzrə prorektor dosent Təyyar Eyvazov çıxış edərək bildirdi ki, təqvim planının əsas tərtib prinsipləri bütün ixtisasların əhatə olunması, ixtisaslar üzrə 2 və 1 həftəlik kurslar, il ərzində təhsil proqramının ayrı-ayrı bölmələrinin 4 dəfə təkrarlanması, kursların minimum 20% yenilənməsi, icra olunan dövlət proqramlarının yerinə yetirilməsinin nəzərə alınması, peşə hazırlığı kurslarının keçirilməsi, səyyar kursların planlaşdırılması olmuşdur. 2024-2025-ci tədris ilində cərrahiyyə, terapiya və tibbi-profilaktika fakültələri üzrə cəmi 696 kurs nəzərdə tutulmuşdur. Həmin kurslarda 12315 müdavimin iştirak edəcəyi gözlənilir.
II məsələ üzrə rektor professor Nazim Qasımov çıxış edərək bildirdi ki, institutumuzun 90 illiyi ilə əlaqədar təşkilat komitəsi yaradılmış, keçiriləcək tədbirlərin planı hazırlanmışdır. Bu plana institutun tarixini əks etdirən kitab və broşurların hazırlanması, institutun həyatında görkəmli rol oynamış şəxslərin həyat və fəaliyyətini əks etdirən materialların hazırlanlanması, xüsusi filmin çəkilməsi, bir sıra silsilə iclas və toplantıların təşkili və ən sonda beynəlxalq yubiley iclasının keçirilməsi daxildir. Yubiley iclasında dünya tibb elmində tanınmış bur çox alimlərin iştirakı gözlənilir. İnstitutun bütün əməkdaşları bu işə cəlb olunmalı və tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etməlidirlər.
Elmi şuranın gündəliyinin digər məsələləri olan kafedra müdiri və professor vəzifələrinə seçkilər üzrə müzakirələr getdikdən sonra müsbət qərar qəbul edilmişdir.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX