Əməkdaşımız Özbəkistanda Milli Qastroenteroloqiya Məktəbinin XXII sessiyasında çıxışlar etmişdir

23.04.2024

16-19 aprel 2024-cü il tarixində Özbəkistanda Milli Qastroenteroloqiya Məktəbinin XXII sessiyası kecirilmişdir. Bu tədbirdə ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva təmsil etmişdir. Özbəkistan Milli Qastroenteroloqiya Məktəbinin ənənələrinə görə sessiyanın aparıcı mərüzəcilərinin cıxışları paytaxt Daşkənt ilə yanaşı bölgələrdə də olmalıdır. Belə ki, tədbir eyni zamanda Səmərqənd, Andijan, Fərqanə, Buxara həkimləri üçün təşkil olunmuş idi. Müasir qastroenterologiyanın aktual problemlərinə aid olan qaraciyərin metabolik assosiasiya edilmiş piy xəstəliyi, qaraciyərin metabolik disfunksiya ilə assosiasiya edilmiş steatotik xəstəliyi, xroniki pankreatitlər, mədəaltı vəzin ekzokrin çatmamazlığı, komorbid pasiyentlərdə qeyd olunan problemlər ilə əlaqəli diaqnostika və müalicə prinsiplərinə aid son yeniliklərə həsr olunmuş konfranslarda əməkdaşımız öz şəxsi tədqiqat nəticələri ilə cıxışlar etmişdir. Çıxışlar maraqla qarşılanmış və ətrafında diskussiyalar olmuşdur.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX