ELAN! Doktoranturaya qəbul başladı! 19.04.2024
Hörmətli həmkarlar!
Azərbaycanda 16 aprel 2024-cü ildən doktoranturaya sənəd qəbulu başlamışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 aprel 2024-cü il tarixli əmri ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tibb üzrə fəlsəfə doktoru proqramı üzrə dövlət sifarişli və ödənişli əsaslarla qiyabi doktoranturaya (ödənişli) sənəd qəbulu elan edir. Sənədlərin qəbulu portal.edu.az saytından “Şəxsi kabinet” vasitəsilə elektron formada həyata keçirilir. Şəxsi kabinetə sənədlər yerləşdirildikdən sonra mütləq həmin sənədlərlə elmi hissəyə müraciət etmək lazımdır. Sənəd qəbulu 15 may 2024-cü il saat 18.00-da bitəcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
1. Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
2. Kadrların şəxsi-qeydiyyat vərəqi;
3. Tərcümeyi-hal;
4. İş yerindən xasiyyətnamə;
5. İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
6. Çap olunmuş elmi işlərin siyahısı, onların surətləri və ya seçilmiş ixtisas üzrə referat;
7. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun, internaturanın və ya rezidenturanın müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
8. şəxsiyyəti təsdiq edən sənədin surəti.
Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
İxtisasın şifri
|
İxtisasın adı
|
Fəlsəfə doktoru proqramı üzrə
|
Doktorantura
|
Cəmi
|
Dövlət sifarişli və ödənişli əsaslarla
|
o cümlədən:
|
əyani
|
qiyabi
|
3211.01
|
Psixiatriya
|
2
|
|
2
|
3212.01
|
Səhiyyə və onun təşkili
|
2
|
|
2
|
3213.01
|
Cərrahlıq
|
2
|
1
|
1
|
3215.01
|
Mamalıq və ginekologiya
|
2
|
|
2
|
3218.01
|
Kardiologiya
|
3
|
|
3
|
3223.01
|
Sinir xəstəlikləri
|
2
|
|
2
|
3224.01
|
Onkologiya
|
1
|
|
1
|
3225.01
|
Şüa diaqnostikası və terapiyası
|
1
|
|
1
|
3226.01
|
Stomatologiya
|
1
|
|
1
|
3231.01
|
Anesteziologiya və reanimatologiya
|
2
|
|
2
|
3234.01
|
Urologiya
|
1
|
|
1
|
3240.01
|
Gigiyena
|
1
|
|
1
|
3244.01
|
Allerqologiya və immunologiya
|
1
|
|
1
|
|
Cəmi:
|
21
|
1
|
20
|
|
|
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|