“Hemofiliyanın aktual problemləri. Ekspertlərin zirvə toplantısı" beynəlxalq elmi-praktik konfrans keçirilmişdir
08.04.2024
08 aprel 2024-cü il tarixində Bakıda “Hemofiliyanın aktual problemləri. Ekspertlərin zirvə toplantısı" adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. 17 Aprel - Dünya Hemofiliya Gününə həsr olunan bu tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə baş tutmuşdur.
Konfransın açılış mərasimində Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin rektoru professor Bülent Zulfikar iştirakçıları salamladıqdan sonra Rusiya Federasiyası Milli Hematologiya Tədqiqat Mərkəzi Hemostaz bölmə rəhbəri professor Nadejda Zozulya, Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Klinik transfuziologiya kafedrasının müdiri professor Əliheydər Rəhimov məruzələrlə çıxış etdilər.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.