Əməkdaşımız İstanbulda beynəlxalq travmatologiya və ortopediya kursunda çıxış etmişdir

17.03.2024

15-16 mart 2024-cü il tarixində İstanbulda beynəlxalq travmatoloqiya və ortopediya kursu keçirilmişdir. Kursda 40 ölkədən 300-dən çox travmatoloq-ortoped iştirak etmişlər. Tədbirdə böyük oynaqların artroplastika əməliyyatlarının ssenarisindəki ən son nailiyyətlər müzakirə olunmuş, canlı əməliyyatlarla yanaşı interaktiv seanslar da təşkil olunmuşdur. Planlaşdırılan proqram üzrə praktiki bacarıqların inkişaf etdirilməsi, praktikada çətin texnologiyaların mənumsənilməsi haqqında fikir mübadiləsi aparılmış və ekspertlərdən öyrənmək imkanları da yaradılmış idi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrasının əməkdaşı t.ü.f.d. İnar Seyidov kursda “Ligament balance in case varus/valgus knee deformities” mövzusunda çıxış etmişdir. Çıxış maraqla qarşılanmışdır.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX