Ə.Əliyev adına ADHTİ-da “Tədrisçinin inkişafı” kursları davam edilir
05.03.2024
Ə.Əliyev adına ADHTİ-da 2021-ci ildə ÜST Azərbaycan Nümayəndəliyi tərəfindən “Azərbaycanda Pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində başlayan tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və yerli mütəxəssislərinin bilik və bacarıqlarının yenilənməsi və təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etməkdədir.
Bu proqram çərçivəsində 22.02.2024 - 01.03.2024-cü il tarixlərində Ə.Əliyev adına ADHTİ kafedraları əməkdaşları və 2 saylı Baza Tibb Kollecinin müəllimləri üçün “Tədrisçinin təməl bacarıqlarının inkişafı” adlı kurs təşkil olunmuşdur. Kursun məqsədi tibb tədrisçilərinə yeni bilik və bacarıq qazandırmaq, bu sahədəki insan resurslarının gücləndirilməsinə dəstək olmaqdır.
7 gün ərzində, kursun proqramına əsasən müxtəlif kafedralardan olan 15 nəfər iştirakçılara tədris prossesinə dair mövzulara aid təqdimatlar və praktiki məşğələlər keçirilmişdir. Nəticə olaraq kursun sonunda iştirakçıların hər biri öz ixtisasına aid olan mövzu ilə əlaqədar əldə edilən tədris metodikalarının tədbiqini nümayiş etdirmişlər.
Təlimin son günündə iştirakçılar kursun yüksək səviyyədə təşkil olunduğunu, maraqlı və faydalı məlumatlar əldə etdiklərini və bu məlumatlardan öz fəaliyyətlərində istifadə edəcəklərini, kursdan məmnun olduqlarını səsləndirmişlər.