“EFP Perio Master Clinic 2026” konfransına hazırlıqlar çərçivəsində görüşlər keçirilmişdir

23.02.2024

23 fevral 2024-cü il tarixində Avropa Parodontologiya Federasiyasının xəzinədarı, The Academic Centre for Dentistry Amsterdam (ACTA) parodontologiya kafedrasının müdiri, professor Monique Danser, Federasiyanın Konqres Komitəsinin sədri, Kapodistrii adına Afina Milli Universitetinin parodontologiya kafedrasının müdiri, professor Phoebus Madianos və Mondial şirkətinin beynəlxalq layihələr direktoru Florian Fehringerin təmsil etdiyi nümayəndə heyəti 2026-cı ildə Bakı şəhərində Federasiyanın və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək “EFP Perio Master Clinic 2026” konfransının hazırlıqları çərçivəsində Bakıda səfərdə olmuşlar. Onlar Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun parodontologiya kafedrasının dosenti, “EFP Perio Master Clinic 2026” konfransının təşkilat komitəsinin sədri Cavid Əhmədbəyli, təşkilat komitəsinin üzvləri və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə Bakı Konqres Mərkəzində, konfransın mühazirəçiləri və iştirakçıları üçün nəzərdə tutulan otellər və restoranlarda müxtəlif görüşlər keçirmişlər. Bakı Konqres Mərkəzinə ziyarət zamanı beynəlxalq tədbirin keçiriləcək əsas auditoriya zalı, master-klasslar üçün nəzərdə tutulan auditoriya zalları, sərgi və qidalanma sahələri, konfransın elmi komitəsinin sədri, Madrid Komplutense Universitetinin parodontologiya kafedrasının müdiri, professor Mariano Sanz tərəfindən təqdim olunan elmi proqram və digər vacib məsələlər nəzərdən keçirilərək ətraflı müzakirə olunmuşdur. Konfrans öncəsi master-klasslar 5 Mart 2026-cı il, canlı cərrahiyyə ilə müşayiət olunacaq əsas elmi proqram isə 6-7 Mart 2026-cı il tarixlərində keçiriləcəkdir. Mühazirəçilərin rəsmi şam yeməyinın 6 mart 2026-cı il, konfransın qala gecəsi isə tədbirin bağlanış mərasimindən dərhal sonra 7 mart 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX