Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə YAP Yasamal rayon təşkilatında tədbir keçirilib

22.02.2024

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək ilk öncə 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin qalib gəlməsi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunan tarixi zəfərlər də öz növbəsində bu siyasətin zirvəsidir. Sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən və 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası bu gün Ulu Öndərin işıqlı ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu getdikcə möhkəmləndirir, Azərbaycanın davamlı və dayanıqlı inkişafına önəmli töhfələr verir. YAP Yasamal rayon təşkilatı da yüksək səviyyədə bu prosesə öz tövhəsini verir.
Çıxışlardan sonra bir qrup partiya fəalına diplom və fəxri fərman təqdim olundu. Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə ictimai- siyasi fəaliyyətinə görə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna diplom təqdim edildi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX