Əməkdaşımız Budapeştdə keçirilmiş "Qanaxmalı xəstələrin müasir müalicəsi" beynəlxalq konfransında iştirak etmişdir
20.11.2023
16-17 noyabr 2023-cü il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində "Qanaxmalı xəstələrin müasir müalicəsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 20-yə yaxın Avropa ölkəsinin aparıcı hematoloq və genetiklərinin qatıldığı tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının əməkdaşı Mehparə Kazımova da iştirak etmişdir. Onun "Azərbaycanda irsi qan laxtalanma pozğunluğu xəstəlikləri, statistika,diaqnostika,müasir müalicə" adlı prezentasiyası maraqla qarşılanmışdır. Bu zaman verilən suallar cavablandırılmış,mövzu ətrafında diskussiya aparılmışdır. Münsiflər heyətinin qərarı ilə məruzə yüksək qiymətləndirilmiş və müvafiq diplomla təltif olunmuşdur.