Beynəlxalq Diabet Gününə həsr olunmuş elmi seminar keçirildi

14.11.2023

Ə.Əliyev adına ADHTİ-nin Terapiya kafedrası, “Metabolit” klinikası, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası və Azərbaycan Diabet Cəmiyyəti tərəfindən 14.11.2023-cü il tarixində Beynəlxalq Diabet Gününə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminara terapiya kafedrasının müdiri t.e.d. Valeh Mirzəzadə sədrlik edirdi.
Seminarda çıxış edən Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssis-ekspert endokrinoloqu Babək Saleh diabetlə müalicədə ilk insulinlərin tarixindən və müasir dövrdə istifadə olunan şəkərendirici preparatların tətbiqi haqqında danışdı.
Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının direktoru Sevil Mustafayeva Assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumat verdi
Azərbaycan Diabet Cəmiyyətinin sədri terapiya kafedrasının assistenti Aygün Hüseynova öz çıxışında Diabet Cəmiyyətinin fəaliyyəti haqqında məlumat verdi.
Terapiya kafedrasının dosenti, t.ü.f.d. Sədaqət Sultanova diabetdən əvvəl olan prediabet mərhələsindən danışdı və kafedrada aparılan tədqiqatın nəticələrini təqdim etdi.
Sonda kafedra müdiri t.e.d. Valeh Mirzəzadə öz çıxışında son tövsiyələrə uyğun şəkərli diabetin diaqnostika və idarəolunmasına dair yeni məlumatları çatdırdı.
Seminarda institutun prorektorları dosent A.Meybəliyev, dosent T.Eyvazov, dekan t.e.d. Z.Quliyeva, tədris hissənin müdiri M.Mürsəlov, elecə də “Olimp hospital”ın direktoru S.Şükürov və terapiya kafedrasının əməkdaşları iştirak etdilər.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX