3-5 noyabr 2023-cü il tarixində Afina şəhərində Amerikan Kardioloji Kollegin və Yunanıstan Kardiologiya Cəmiyyətinin birgə keçirdiyi beynəlxalq "Middle East and Eastern Mediterranean 2023" konqresi keçirilmiıdir. Konqresdə dünyanın 23 ölkəsindən gəlmiş 3000 mütəxəssis iştirak edirdi və kardiologiyanın aktual problemlərinə həsr olunmuş yüzlərlə təqdimatlar olunmuş, müasir müalicə metodlarına geniş yer ayrılmışdır.
Azərbaycanı təmsil edən Ə.Əliyev adlna ADHTİ-nun kardiologiya kafedrasının dosenti, Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü Kəmalə Zahidova "Ürək çatışmazlığı və kardiomiopatiyalar" bölməsində "Xroniki ürək çatışmazlığı zamanı anemik sindromun diaqnostikası və müaicəsinin sualları» mövzusunda poster məruzəsini təqdim etmişdir. Məruzə maraqla qarşılanmışdır.